Ağırlıq qaldıranlar daha uzunömürlü olur
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dərc olunmuş bir araşdırmanın nəticələrinə görə, həftədə 1,5-2 saat müntəzəm ağırlıq məşqləri ömrü uzatmaqda təsirlidir. Mütəmadi məşqlər həmçinin yıxılma riskini də azaldır.
Milli.Az xəbər verir ki, həftədə 90 dəqiqədən iki saata qədər edilən ağırlıq və müqavimət məşqləri vaxtından əvvəl ölüm riskini əhəmiyyətli dərəcədə azalda bilər. Uzun illər davam edən yeni bir araşdırma göstərib ki, müntəzəm güc məşqləri yalnız əzələ və sümük sağlamlığına deyil, həm də ömür uzunluğuna müsbət təsir göstərə bilər.
Britaniyanın BBC kanalının hesabatına görə, tədqiqatçılar 147.374 qadın və kişidən əldə edilən məlumatları əhatə edən üç böyük tədqiqatı araşdırıblar. İştirakçılar 30 il ərzində izlənilib. Təhlil müəyyən edib ki, müntəzəm olaraq ağırlıq və ya müqavimət məşqləri edən insanlarda bu cür məşqlər etməyənlərlə müqayisədə hər hansı bir səbəbdən vaxtından əvvəl ölüm riski 13 faiz daha aşağıdır. Tədqiqat həmçinin güc məşqlərinin, xüsusən də ürək-damar sağlamlığına təsirlərinə diqqət çəkib.
Həftədə 90 dəqiqədən iki saata qədər ağırlıqlarla idman edən şəxslərdə ürək-damar xəstəlikləri, məsələn, infarkt və insultdan ölüm riski 19% daha aşağı olub. Nevroloji xəstəliklərdən ölüm hallarında daha əhəmiyyətli azalma müşahidə edilib. Araşdırmaya görə, demans və oxşar xəstəliklərdən ölüm riski 27% azalıb. Ən böyük fayda iki növ idmanın birləşməsində müşahidə olunub.
Qaçış, üzgüçülük və ya velosiped sürmə kimi müntəzəm aerobika məşqləri edən və buna ağırlıq məşqləri əlavə edən iştirakçıların vaxtından əvvəl ölüm riski 58% daha aşağı olduğu aşkar edilib. Əksinə, tədqiqat həftədə iki saatdan çox güc məşqlərinin heç bir əlavə fayda vermədiyini göstərib. Nəticələr göstərib ki, ən səmərəli sağlamlıq nəticələri orta və müntəzəm müqavimət məşqlərindən əldə edilib. Güc məşqlərinin faydaları son illərdə daha çox diqqəti cəlb edib. Əzələ kütləsi və sümük sıxlığı yaşla təbii olaraq azalsa da, mütəxəssislər ağırlıq məşqlərinin bu prosesi yavaşlada biləcəyini bildirirlər. Mütəmadi müqavimət məşqlərinin yıxılma riskini azalda, hərəkətliliyi qoruya və qocalıqda müstəqil yaşamağı dəstəkləyə biləcəyi bildirilib.
Əzələ kütləsi və sümük sıxlığı yaşla təbii olaraq azalsa da, mütəxəssislər ağırlıq məşqlərinin bu prosesi ləngidə biləcəyini söyləyiblər. Mütəmadi müqavimət məşqlərinin yıxılma riskini azaltdığı, hərəkətliliyi qoruduğu və qocalıqda müstəqil yaşamağı dəstəklədiyi deyilib.
Tədqiqatda diqqətəlayiq başqa bir qeyd də var. Tədqiqatçılar həmçinin həftədə iki saatdan çox güc məşqi etməyin əslində heç bir əlavə fayda vermədiyini aşkar etdibər. (Axşam.az)
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ağırlıq qaldıranlar daha uzunömürlü olur
-
Eyni vaxtda iki telefon işlətmək zərərlidir – yeni araşdırma
-
Kilosu 10 manata olan kartof - Batat hansı xəstəliklərdə faydalıdır?
-
Cistka trendinə aldanmayın: Prosedurun riskləri də az deyil
-
Hər gün etdiyiniz səhv ürək xəstəliklərinə səbəb ola bilər
-
Nə velosiped, nə də yürüş: Ürəyi gənc saxlamağın yolu evdə imiş
XƏBƏR LENTİ
-
Neftdən gələn xəbər bazarları hərəkətə gətirdi
-
Trampın Qəzza planı niyə çökür?
-
Kuril adalarında güclü zəlzələ baş verib
-
Kənd yumurtasını mağaza yumurtasından ayırmağın yolları
-
Ağırlıq qaldıranlar daha uzunömürlü olur
-
Mətanətdən Vüqar Muradova ağır sözlər
-
Eyni vaxtda iki telefon işlətmək zərərlidir – yeni araşdırma
-
Bu resepti bilənlər artıq dondurma almır
-
Kilosu 10 manata olan kartof - Batat hansı xəstəliklərdə faydalıdır?
-
Cistka trendinə aldanmayın: Prosedurun riskləri də az deyil
-
Hər gün etdiyiniz səhv ürək xəstəliklərinə səbəb ola bilər
-
Ozan Akbaba həyat yoldaşı ilə - FOTO
-
Mərkəzi yoldakı keçidin eskalatorları işləmir - VİDEO
-
Yazılan mesajlar yoxa çıxacaq - “WhatsApp”dan YENİ FUNKSİYA
-
Nigar Camal tələbəlik illərinə qayıtdı – FOTO
-
Günün qoroskopu: Köhnə borcları bağlamaq zamanıdır
-
Azərbaycan millisi Maltaya məğlub olub - YENİLƏNİB
-
Test nəticəsi müsbət çıxdı, serialdan qovulacaq?
-
Yamal İspaniya çempionatının ən yaxşı futbolçusu seçildi
-
Vurulan gəmidə sağ qalan azərbaycanlı danışdı
-
Millimiz dünya çempionatının 1/4 finalında
-
Bakıda yanacaqdoldurma məntəqəsində ÖLÜM
-
"Stresə düşdüm, ağladım"
-
“Sonuncu dəfə danışanda dedi ki...” - Azovda həlak olan Rəcəbin atası





