"Ət yeyən bakteriya" - Sürətlə yayılan ölümcül infeksiya haqqında bilməli olduqlarınız
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Ət yeyən bakteriya" kimi tanınan infeksiya nadir hallarda rast gəlinməsinə baxmayaraq, sürətlə inkişaf etməsi və ağır nəticələrə səbəb olması ilə diqqət çəkir.
Milli.Az xəbər verir ki, xəstəlik vaxtında müdaxilə olunmadıqda həyati təhlükə yarada bilər.
Həkimlərin sözlərinə görə, bu infeksiya dərialtı birləşdirici toxumaları və əzələləri məhv edir. Əsas səbəb isə "Streptococcus pyogenes" və ya "Vibrio vulnificus" kimi bakteriyaların açıq yaralardan orqanizmə daxil olmasıdır.
Qeyd olunur ki, "ət yeyən bakteriya" ifadəsi sadəcə şərti addır. Bakteriyalar əti yemir, ifraz etdikləri toksinlər toxumaları sürətlə zədələyərək qan dövranını pozur və toxuma ölümünə gətirib çıxarır.
Xəstəliyin əlamətləri çox sürətlə ortaya çıxır. İlkin mərhələdə kiçik kəsik və ya cızıq kimi başlayan proses qısa müddətdə şiddətli ağrı, dərinin rənginin dəyişməsi, yüksək hərarət, ürəkbulanma və halsızlıqla müşayiət olunur. Bəzi hallarda dərialtı hava toplanması səbəbindən toxumaya basdıqda xışıltı səsi eşidilə bilər.
Mütəxəssislər bildirir ki, sağlam insanlarda nadir görülsə də, diabet xəstələri, immun sistemi zəif olanlar və açıq yarası olan şəxslər daha yüksək risk altındadır. Həmçinin steril olmayan şəraitdə edilən döymə və pirsinqlər, heyvan dişləmələri və əməliyyatdan sonrakı yaralar infeksiyanın yaranmasına şərait yarada bilər.
Xüsusilə diqqət çəkilən məqamlardan biri də bəzi bakteriyaların dəniz sularında yaşamasıdır. Açıq yara ilə dənizə girmək və ya çiy dəniz məhsulları qəbul etmək bəzi hallarda ağır infeksiyalara səbəb ola bilər.
Həkimlər əhaliyə tövsiyə edir ki, hətta kiçik yaralar belə diqqətdən kənarda saxlanılmamalı, sabunlu su ilə təmizlənərək örtülməlidir. Açıq yara olduqda hovuz və dənizdən uzaq durmaq, həmçinin çiy dəniz məhsullarının qəbulunda ehtiyatlı olmaq vacibdir.
Əlamətlər hiss olunduğu anda dərhal həkimə müraciət etmək tövsiyə edilir.
Mina Mikayılova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - (Video)
-
Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün
-
ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı
-
Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər
-
Hər evdə var, amma bu təsirini çoxları bilmir
-
Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər
XƏBƏR LENTİ
-
"Ağ Şəhər"də ağır qəza: Xəsarət alanlar var - (Foto/Video)
-
"Belə tənqidi hörmətsizlik kimi qəbul edirəm" - Valdas Dambrauskas
-
Bərdədə ağır qəza - 1 nəfər ölüb, xəsarət alanlar var - Yenilənib
-
Zabit Nəbizadənin oğlunun toyudur - (Video)
-
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
-
Proqramlar qayıtdı, Vüsalə Əlizadənin adı çəkilmədi
-
Ukrayna və Rusiya enerji obyektlərinə zərbələr endirməməyə razılaşıb - Tramp
-
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər
-
“Həmin gün sonuncu dəfə ictimai nəqliyyata mindim” - Faiq Ağayev
-
Tramp: Məğlub İran razılaşma əldə etmək istəyir
-
“Sülh Körpüsü” Təşəbbüsünün Azərbaycan üzrə qrupu Ermənistan mediasının qərəzli mövqeyinə münasibət bildirib
-
“Kurtlar Vadisi”nin ssenaristləri iki saatdan çox ifadə veriblər
-
Sabah Yasamalda qaz olmayacaq
-
İlham Əliyev 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
-
"Barselona"nın ən çox maaş verəcəyi futbolçu - (Foto)
-
"Yeraltı"nda yeni sima - (Foto)
-
“Sovetski”də söküntü ərazisindən meyit tapıldı - Yenilənib
-
Beynəlxalq Muğam Mərkəzində yeni mövsümün ilk “Muğamat axşamı” keçirilib - (Foto)
-
"Liverpul" klub tarixinin ən bahalı transferini edir - (Foto)
-
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib
-
Lənkəranda azyaşlı 3-cü mərtəbədən yıxılıb
-
Ödəniş və bank brendlərini təqlid edən fişinq şəbəkəsi aşkarlanıb
-
Baş Prokurorluq Xətaidə yeniyetmənin ölümündə “Roblox”dakı zərərli məzmunun təsirini araşdırır
-
Vəfa Zeynalovanın digər qızı da xaricdə yaşayacaq - (Foto)





