Nazirlikdən əhaliyə çağırış - Uşaqlar risk altındadır, böyüklər isə...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Qrip infeksiyası ilə mübarizədə ən təsirli vasitə spesifik peyvəndin istifadə olunmasıdır. Peyvəndin tərkibində canlı virus olmadığından peyvənd olunmuş şəxs qriplə xəstələnə bilməz".
Milli.Az xəbər verir ki, bunu canlı yayımda nazirliyin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
Onun sözlərinə görə, vaksinasiya olunan şəxslərdə həmin qrip ştamlarına qarşı immunitet formalaşır.
"Ona görə peyvənd olunmuş şəxsin orqanizmi artıq bu virusların hissəcikləri ilə təmasda olduğu üçün payız-qış aylarında baş verən yoluxma zamanı onların əksər hissəsi xəstələnmir və ya infeksiyanı simptomsuz keçirir. Digər qismi isə hətta xəstələnərsə belə, bu zaman xəstəlik yüngül keçir, fəsadlaşmır və tezliklə sağalma baş verir".
Qeyd edib ki, immun sistemi yaşa görə hələ tam formalaşmamış 5 yaşdan kiçik uşaqlar, fizioloji immunsupressiyası olan hamilə qadınlar, 65+ yaşlı ahıl şəxslər, o cümlədən müxtəlif ağır, xroniki xəstəlikləri hesabına immun sistemi zəifləmiş şəxslər qrip infeksiyasını daha əlverişsiz keçirir.
"Peyvənd vasitəsilə birinci növbədə bu şəxsləri qorumaq lazımdır. Beləliklə, qripə qarşı peyvənd olunmaqla özünüzü bir çox xoşagəlməz və bəzən pis nəticələnən xəstəlik hallarından sığortalaya bilərsiniz".
Nəzərə çatdırıb ki, uşaq orqanizmi hələ tam formalaşmadığı üçün müxtəlif infeksiyalara, o cümlədən qripə qarşı heç də həmişə adekvat reaksiya verə bilmir.
"Valideynlər xəstə uşağı bağçaya, məktəbə göndərməməlidirlər. Xəstə uşaq evdə imkan daxilində izolə edilməli, birinci növbədə 5 yaşın altında olan uşaqların valideynləri dərhal həkimə müraciət etməlidirlər. 3-5 gündən çox müddətdə hərarətin yüksək qalması və ya azalaraq yenidən artması qripin ağır və ya fəsadlaşmış gedişindən xəbər verir. Belə hallarda özünü müalicə ilə məşğul olmamalı və təcili həkimə müraciət etmək lazımdır".
Bildirib ki, qrip zamanı yüksək hərarət kiçik yaşlı uşaqlarda qıcolmalara səbəb ola bilər, həmçinin inaq inkişaf edə bilər. Bu hallar uşağın həyatı üçün ciddi təhlükə yaradır.
Söyləyib ki, peyvənd olunmaq könüllü olduğundan əhali arasında aparılan maariflənmənin məqsədi məhz risk qrupuna daxil olan həmin şəxslərin birinci növbədə tibb müəssisələrinə peyvənd olunmaq üçün müraciət etməsinə nail olmaqdır:
"Əhali yaşayış və iş yerlərində ərazi üzrə xidmət göstərən ambulator-poliklinik tibb müəssisələrinə müraciət etməklə ödənişsiz əsaslarla peyvənd oluna bilərlər. Peyvənd olunduqdan sonra ən azı 2 həftə lazımdır ki, qripə qarşı immunitet formalaşsın. Ona görə daha yaxşı olar ki, peyvənd qripin daha az yayıldığı sentyabr və ya oktyabr aylarında vurulsun. Lakin bütün epidemik fəsil boyu da bunu etmək olar".
Mina Mikayılova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Qazaxda hamamda partlayış - 36 yaşlı kişi xəsarət aldı
-
Azərbaycanda hüquq-mühafizə və məhkəmələrə 3,4 milyard manat ayrılacaq
-
Yaponiya vətəndaşlara xəbərdarlıq etdi: Fəlakətə hazır olun
-
Bu şəxslərin iş və istirahət saatları dəyişdirilir - Yeni qərar
-
BMT-nin Baş katibi kim olacaq? - Azərbaycan mövqeyini açıqladı
-
Dünyada bu meyvə bahalaşacaq
-
Nəzakət Məmmədovanın qızının toyundan görüntülər - (Video)
-
Məhkəmədən mühüm qərar: Barışıq olan yerdə azadlıq mümkündür
-
Prezident İlham Əliyev: Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq
-
Prezident İlham Əliyev: Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb - (Video)
-
Vurulan gəmidən sağ çıxan dənizçinin övladlarına qovuşduğu an - (Video)
-
Türkiyənin 30 vilayətində əməliyyat: 85 nəfər tutuldu
-
Prezident İlham Əliyev: Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür - (Video)
-
Evlənməyə vaxtları yoxdur
-
Prezident İlham Əliyev: Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil - (Video)
-
Prezident İlham Əliyev: Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir - (Video)
-
Prezident İlham Əliyev: İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır
-
Prezident İlham Əliyev: Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər
-
Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
-
Prezident İlham Əliyev Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışıb
-
"Həzi Aslanov" stansiyası açıldı - (Yenilənib)
-
Prezident İlham Əliyev: Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir
-
Demet Akalın əri ilə illərdir ayrı yatır
-
Elmarla Emin başqa cinayətə görə də axtarışda imiş...





