Sağlamlıq

Nəm salfetlər təhlükəlidirmi?

29 İyun 2025 05:05
Baxış: 409
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hazırda məişətdə, işdə hər yerdə ən geniş şəkildə istifadə etdiyimiz təmizləyici vasitə nəm salfetlərdir.

Gözəl qoxuya sahib olan bu salfetləri alır, ondan müxtəlif məqsədlər üçün istifadə edilir. 

Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki, həssas dərilərdə, uşaqlıq çağında eqzema keçirənlərdə, kontak dermatiti olanlarda həssaslıq daha artıq olduğu üçün bütün xəstələrdə nəm salfet işlədilməməlidir: 

"Nəm salfetlərin hazırlanmasında istifadə olunan kimyəvi vasitələr, spirt dərinin zədələnməsinə səbəb olur. Bu fəsadlar uşaqlarda daha ağır olur: 

"Uşaqlarda yaxud böyük şəxslərin dərisində bununla bağlı hansısa problem yaranarsa, mütləq həkimə müraciət etmək lazımdır. Biz aparılan müayinə nəticəsində problemi araşdırıb müalicə təyin edirik. Xüsusi nəmləndirici kremlərdən istifadəni məsləhət görürük.Nəm salfetlər ümumiyyətlə açıldıqdan sonra bir ilə qədər saxlanıla bilər. Bu müddətdən sonra onlar antibakterial xüsusiyyətlərini itirirlər. Nəm salfetlər çox isti və ya çox soyuq şəraitdə saxlandıqda isə asanlıqla xarab ola bilir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.