Sağlamlıq

Körpəniz tərəvəz yemir? - bu üsullardan sonra yeyəcək

17 Fevral 2025 09:29
Baxış: 897
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyanın Durhem Universitetinin alimləri müəyyən ediblər ki, körpələr ana bətnində olduqları zaman qarşılaşdıqları qidaları doğulduqdan sonra da bəyənirlər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, araşdırmanın nəticələri "Appetite" jurnalında dərc olunub.

Araşdırmada hamiləliyin son mərhələlərində müntəzəm olaraq kələm və ya yerkökü qəbul edən anaların üç həftəlik körpələri iştirak edib. Qida üstünlüklərinin təhlili göstərib ki, yerkökü qəbul edən anaların körpələri də yerkökünün qoxusuna müsbət reaksiya veriblər, kələm qəbul edən anaların körpələri isə bu tərəvəzin qoxusuna oxşar reaksiya göstəriblər.

Bu kəşf o deməkdir ki, hamiləlik dövründə yaşıl tərəvəzlər kimi faydalı qidaların qəbulu uşaqların bu qidalara alışmasına kömək edə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.