Sağlamlıq

COVID-19-un mənşəyi müəyyən edildi

27 Yanvar 2025 07:15
Baxış: 648
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

COVID-19-un mənşəyinin prioritet versiyası açıqlanıb.

Mərkəzi Kəşfiyyat İdarəsi COVID-19-un mənşəyi ilə bağlı mövqeyini dəyişərək, virusun Çinin Uhan şəhərindəki bir laboratoriyada sızma nəticəsində ortaya çıxdığını açıqlayıb. Lakin agentlik Fedral Kəşfiyyat Bürosu və ABŞ Energetika Nazirliyinin mövqeyinə qoşularaq az inamla bu qənaətə gəlib.

Milli.Az bildirir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

"Mərkəzi Kəşfyyat İdarəsi, mövcud məlumatlara əsaslanaraq, pandemiyanın mənşəyinin təbii mənşəli deyil, laboratoriya hadisəsi ilə bağlı olduğunu az inamla qiymətləndirir", - MKİ sözçüsü bildirib. O əlavə edib ki, agentlik onun qiymətləndirməsini dəyişdirə biləcək yeni kəşfiyyat hesabatlarını nəzərdən keçirməyə davam edəcək.

Əvvəllər Mərkəzi Kəşfiyyat İdarəsi virusun heyvandan insana keçdiyini və ya laboratoriya səhvinin nəticəsi olduğunu söyləmək üçün kifayət qədər məlumata malik deyildi.

COVID-19 ilk dəfə 2019-cu ilin sonlarında Uhanda ortaya çıxıb və 2020 və 2021-ci illərdə sürətlə bütün dünyaya yayılaraq müasir tarixin ən böyük pandemiyalarından birinə çevrilib.

Nəşrin yazdığına görə, Mərkəzi Kəşfiyyat İdarəsi indi laboratoriya sızması nəzəriyyəsini dəstəkləyir və bu, ABŞ-ın Milli Kəşfiyyat Şurası kimi digər kəşfiyyat orqanlarının dəstəklədiyi heyvanlar vasitəsilə ötürülən versiyanı şübhə altına alır. Mərkəzi Kəşfiyyat İdarəsinin yeni direktoru Con Retkliff "Breitbart"a müsahibəsində deyib ki, laboratoriya sızmasının araşdırılması vəzifəyə gəldiyi gündən onun prioriteti olub.

"Biz həm laboratoriya sızması nəzəriyyəsini, həm də virusun təbii mənşəyinin mümkünlüyünü araşdıraraq, bu məsələ üzərində işləməyə davam edəcəyik", - o əlavə edib.

Çinin ABŞ-dakı səfirliyi bu mövqeyi tənqid edərək, bunu siyasi manipulyasiya adlandırıb.

Bu arada, Senatın Kəşfiyyat Komitəsinin sədri Tom Kotton Mərkəzi Kəşfiyyat İdarəsinin yeni bəyanatını dəstəkləyərək bunu "COVİD-in mənşəyi ilə bağlı ən inandırıcı izahat" adlandırıb. /lent.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.