Cənubi Koreyalı alimlər qırıq sümüklərin müalicəsində inqilabi hidrogel hazırlayıblar.
Milli.Az e-saglam.az-a istinadən xəbər verir ki, bu gel, sınıq sümüyə tətbiq edildikdən sonra işıq mənbəyinə məruz qaldıqda dərhal sərtləşir və sümüyü birləşdirir. Eyni zamanda bədənin təbii bərpa prosesini dəstəkləyərək sümük toxumasını yenidən formalaşdırır və zamanla tamamilə əriyir.
Siçanlar üzərində aparılan təcrübələrdə gelin qırıq sümüklərin sürətli sağalmasına kömək etdiyi sübut olunub. İnsan üzərində sınaqların başlaması gözlənilsə də, bu texnologiyanın sümük xəstəliklərinin müalicəsində inqilab yaradacağı və ənənəvi üsullara alternativ olacağı bildirilir.
Araşdırmaya rəhbərlik edən Prof. Hyung Joon Cha, bu gelin sümük toxumasının bərpasında mühüm rol oynayacağını vurğulayıb. Texnologiya, qısa sağalma müddəti və az ağrılı müalicə ilə yeni imkanlar təqdim edir.
Milli.Az