Sağlamlıq

Restoranda yeməklərə dərman qatan aşpaz tutuldu

6 Avqust 2024 23:26
Baxış: 19 939
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müştərilərin yeməklərinə dərman əlavə edən 2 aşpaz saxlanılıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Çinin Nantune restoranında çalışan aşpazlar vaxtı keçmiş və köhnə məhsullardan yemək hazırladıqları üçün müştərilərin zəhərlənməməsi üçün yeməklərə ishal dərmanı və xüsusi toz qatırdılar ki, yemək mədə-bağırsağa neqativ təsir etməsin.

İşin üstünü işə təzə gələn işçi açıb. O mətbəxdə dərman qoxusu hiss edib və aşpazların yeməklərə nəsə səpdiyini görüb.

Hər iki aşpaz həbs edilib və restoran cərimələnib.

Aşpazlara 2 il həbs verilib.

Onların etirafına görə, 1620 yeməyə belə dərman qatıblar.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.