Sağlamlıq

3 gündə 3 kq arıqladan qarpız pəhrizi

28 İyul 2024 06:57
Baxış: 1 174
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Üç günlük qarpız pəhrizi üç kiloqram arıqlamağa kömək edə bilər.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, bunu tibb elmləri doktoru, dietoloq Marqarita Koroleva deyib.

Onun sözlərinə görə, qarpız bütün faydalı xüsusiyyətlərə malik olan aşağı kalorili bir məhsuldur.

"10 kiloqram artıq çəkisi olanlar pəhriz zamanı 1 kiloqram yarım qarpız yeyə bilərlər. Kişilər üçün bir az daha çox - 1,7 kiloqram ola bilər.

Bu miqdarı altı hissəyə bölmək, oyandıqdan sonrakı ilk saatdan axşam saat 7-yə qədər bərabər paylamaq lazımdır", - deyə o izah edib.

Həkim bundan əlavə, hər gün 2-2,5 litr su içməyin vacib olduğunu bildirib.

O, pəhrizi 3 gündən artıq davam etdirməyi məsləhət görməyib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.