Uşaqların sevimlisi olan bu içkilərdə təhlükəli maddələr var – DİQQƏT!
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Verdiyi zərər baxımından "fast-food"larla yarışacaq içkilər yay aylarında daha da populyarlaşır.
Mütəxəssislər müxtəlif kremlər, rəngləndirici və dadlandırıcı maddələr, eləcə də bol miqdarda şəkər ehtiva edən bu içkilərin piylənməyə səbəb olmaqla yanaşı, immunitet sistemini də zədələdiyini bildirirlər.
Onların sözlərinə görə, uşaqlar bir yeməkdən almalı olduqları kaloriləri cəmi bir stəkan içkidən alırlar. Bir çox valideyn övladlarının bu cür içkiləri içərkən hansı risk altında olduğunu bilmir.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, mövzuyla əlaqədar uşaq sağlamlığı və xəstəlikləri üzrə mütəxəssis Dos. Dr. Bora Baysal bunları söyləyib:
"Uşaqalr üçün cəlbedici hala gətirilən bütün qazlı, südlü və bol şəkərli içkilər piylənmə üçün risk faktorudur. Bunların tək təhlükəsi piylənməyə səbəb olmaları deyil. Belə içkilər həm də tərkibində kanserogen maddələr olduğu üçün böyük riskdir. Onlar şəkər asılılığı yaradırlar. Bunları içən uşaq getdikcə daha çox istehlak etmək istəyir. Tərkibi tam olaraq bəlli olmayan bu içkilərdəki bəzi maddələr zəhərli təsir göstərəcək qədər təhlükəli ola bilər", - deyə mütəxəssis qeyd edib.
O, bunun diqqət çatışmazlığı və hiperaktivlikdən tutmuş hipertoniya, ürək xəstəlikləri və orqan pozğunluğuna, hətta xərçəngə qədər bir çox problemə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
"Əvvəllər "fast-food"dan danışılırdı, indi içkilər də gündəmdədir. Elə içkilər var ki, bir stəkan 500 kaloridir. Uşaqları tələyə salan bu içkilər onların gələcəyini təhlükə altında qoyur", - deyə həkim vurğulayıb.
O, valideynlərə uşaqlarda adi su, ayran, kefir və evdə hazırlanmış təbii şirələr içməyi vərdiş halına gətirməyi tövsiyə edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur
-
Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər
-
Qışda uşaqları xəstə edən soyuq deyilmiş
-
Uşağı məktəbə nə vaxt göndərmək olmaz?
-
Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ
-
Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi
XƏBƏR LENTİ
-
Bazar gününün hava proqnozu açıqlandı
-
Qaradağda vulkan püskürməsi ilə bağlı rəsmi açıqlama - (Yenilənib)
-
Xəzərdə həlak olan qazaxıstanlı hərbçilərlə vida mərasimi keçirilib
-
Bu qış Ukraynanı fəlakət gözləyir
-
"Formula-2" üzrə Azərbaycan Qran-prisində qaliblər mükafatlandırıldılar - (Yenilənib)
-
Prezident İlham Əliyevin iştirakı ilə “Minkənd” Kiçik Su Elektrik Stansiyasının onlayn formatda açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub - (Foto)
-
Laçında traktor minaya düşüb
-
Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur
-
FİFA-dan “Fənərbağça”ya transfer qadağası
-
İranda avtobus qəzası: 11 nəfər öldü, 24 nəfər yaralandı
-
Bakıda 10 min manatlıq elektrik naqili oğurlanıb
-
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - (Foto)
-
Azərbaycan neftinin qiyməti 123 dollara düşdü
-
“Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı - (Video)
-
Polis ötən gün 57 nəfəri saxlayıb
-
Prezident İlham Əliyev: ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür
-
Millətlər Liqasında günün mərkəzi oyunu: İngiltərə - İspaniya
-
AIIF 2026-da iştirak edən qurumların idarə etdikləri aktivlərin ümumi həcmi 30 trilyon ABŞ dollarına çatır
-
Prezident İlham Əliyev Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqlayıb
-
Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim - “Global Infrastructure Partners”in təsisçisi
-
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
-
Evdə köhnə 2 qəpik varsa, yoxlayın - Bu sikkə 4 min manata satılıb - (Foto/Video)
-
Prezident İlham Əliyev: Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür
-
Zlatan Ibrahimoviçdən Arda Güler barədə: “Hər dəfə onu seçərdim”





