Mədə xorasını sağaldan təbii məhsullar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mədə xoraları mədədə həyatı kabusa çevirə bilən yanma hissinə səbəb olur.
Mütəxəssislər bu dözülməz ağrılara qarşı dərman müalicəsi ilə yanaşı, həkimlə məsləhətləşərək bitki müalicəsinə başlamağı da məsləhət görürlər.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, Medipol Mega Universiteti Xəstəxanasının qastroenteroloqu Prof. Dr. Esin Korkut mədə yaralarına faydalı ola biləcək təbii üsullardan bəhs edib.
Professor bildirib ki, mədənin və ya nazik bağırsağın yuxarı hissəsinin divarını qorumağa cavabdeh olan selikli qişanın təsirini itirməsi nəticəsində mədə turşusunun yaratdığı yaralara mədə yarası və ya xora deyilir.
"Mədə yaralarının əsas səbəbləri arasında "helicobacter pylori" adlı mikrob var. Bundan başqa aspirin, revmatik dərmanlar və ağrıkəsicilərin müntəzəm istifadəsi də mədə xorasının əmələ gəlməsində mühüm amillərdəndir. Digər mümkün səbəblər arasına genetik meyl, stress, kortizon tipli dərmanlar, alkoqol, siqaret, qəhvə vərdişi və ətraf mühitin çirklənməsi daxildir", - həkim qeyd edib.
O, mədə xorasının müalicəsində istifadə olunan əsas üsullardan birinin turşu ifrazını azaldan dərmanlar olduğunu əlavə edib:
"Bu dərmanlar mədə turşusunun səviyyəsini nəzarətdə saxlayaraq xoranın sağalmasına kömək edir".
Həkim sağlam qidalanma vərdişinin mənimsənilməsinin də mədə xoralarının sağalmasına kömək edə biləcəyini vurğulayıb.
"Cəmiyyətdə çox rast gəlinən mədə xəstəliklərinin müalicəsində köməkçi olaraq qəbul edilən bitki mənşəli üsulların da öz yeri var. Bitkilərdən əsrlər boyu müalicə məqsədləri üçün istifadə olunub. Bitkilər həm sağlamlığı qorumaq, həm də müalicə etmək məqsədi daşıyan tamamlayıcı vasitələrdir".
Prof. Dr. Korkut mədə yaralarına yaxşı təsir edən təbii məhsulları bu cür sıralayıb:
- Qüdrət narı
- Zeytun yağı
- Dazıotu
- Şüyüd
- Bitki çayları (çobanyastığı, zəncəfil, nanə, cökə)
- Ədviyyatlar (kəklikotu, zirə, keşniş, tərxun, hil, zəncəfil, sarıkök, darçın)
Həkim bitki mənşəli məhsulların təsirinin elmi dəlillərə əsaslandığını, ancaq buna baxmayaraq, riskli vəziyyətlər də yarana biləcəyini deyib. Onun sözlərinə görə, bitkilər qida və dərmanlarla qarşılıqlı təsir göstərərək risk yarada, allergik reaksiyalara səbəb ola bilər. Ona görə də, bitki mənşəli məhsulları qəbul etməzdən əvvəl mütləq həkimlə məsləhətləşmək lazımdır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Heyvan dişləyibsə, vaxt itirməyin: Həkimdən quduzluqla bağlı çağırış
-
Tikinti sektorunda yeni dələduzluq - (Video)
-
İllərdir zibil kimi atırdıq: Sən demə, saç tökülməsini bıçaq kimi kəsirmiş
-
Gələcəyin dili: Dünyanın ən varlı insanları niyə uşaqlarına Çin dili öyrədirlər?
-
Çəngəl-bıçaq siyirtməsinə tabaşir qoyanların sayı sürətlə artır
-
Psixoloqlara görə kişilərin izahat vermədən yoxa çıxmasının səbəbləri
-
Müddəti bitən kredit kartlarını qayçı ilə kəsib atanlara xəbərdarlıq
-
Leyla Əliyeva “Harmoniya” sənədli filminin təqdimat mərasimində iştirak edib - (Foto)
-
Maşın da yumuşam, təkər də qaraltmışam, "bakkuş" da satmışam - Aktyor Səmimi Fərhadla müsahibə
-
Bu xəbərlər Samiri depressiyaya salıb
-
Qızılın qiyməti yenidən ucuzlaşdı - (Video)
-
Günün qoroskopu: Heç kəsə görə özünüzü dəyişməyin
-
Hər dəfə saata baxanda niyə eyni rəqəmləri görürük? - açıqlama
-
AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
"Barselona"nın ulduzu PSJ və "Real"a qarşı oyunları buraxacaq
-
Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər
-
Təyyar Bayramovun yubileyidir - (Video)
-
Yasamalda yeni yol və tunel inşa ediləcək - evlər söküləcək - (Video)
-
“Boş evdə tək oturub ağlayıram” - Cennifer Lopez
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
-
Mircəlal Qurbanovu anasının 70 illiyinə Xalq artistləri gəldi - (Foto)
-
Daşınmaz əmlak bazarında yeni qiymət artımı - (Video)
-
İcra başçısı məmuru danladı: "Camaatın ağzından vurmayın" - (Video)
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var - Yenilənib





