Sağlamlıq

Hava limanına yaxın yaşayanlar - Bu xəstəliklər sizi gözləyir

28 İyun 2024 08:44
Baxış: 1 026
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Alimlər hava limanları yaxınlığında yaşayışın təhlükəsi barədə məlumat veriblər.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, onların fikrincə bu, diabet, demensiya və ya yüksək qan təzyiqi kimi xəstəliklərin inkişaf ehtimalını artırır.

"Politico" nəşri bu barədə iyunun 27-də Nəqliyyat və Ətraf Mühit təşkilatının araşdırmasına istinadən məlumat yayıb.

Qəzet qeyd edir ki, alimlər hava limanına yaxın yaşamağın sağlamlığa təsirini incə hissəciklər və reaktiv yanacaq elementləri ilə əlaqələndirirlər.

Bu, xəstəliklər ultra incə hissəciklərin yayılması ilə əlaqədardır. Onlar hava limanları ətrafında bir neçə on kilometr məsafədə havada olurlar.

Ümumdünya Səhiyyə Təşkilatının 15 il əvvəl ultra incə hissəciklərin insanlara mümkün zərərləri barədə xəbərdarlıq etməsinə baxmayaraq, onların havaya buraxılması hazırda heç bir şəkildə tənzimlənmir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.