Tütünə bənzər bitkidən “ana südü” hazırlandı – Görün hansı məqsədlə istifadə olunacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Alimlər tütünün yaxın qohumu olan bitkinin genetik modifikasiyası ilə ana südündə olan bəzi qida maddələrini istehsal etməyi bacarıblar.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, bu sayədə həm uşaq qidaları, həm də böyüklər tərəfindən istehlak edilən bitki mənşəli südlər zənginləşdirilə bilər.
Ana südündə bol miqdarda oliqosakarid adlanan birləşmələr var. Bunlar körpələrin sağlamlığına faydalı olan bağırsaq florasını inkişaf etdirir.
Körpələrin həzm edə bilmədiyi bu kompleks şəkərlər immunitet sistemini gücləndirir və infeksiyaların qarşısının alınmasında əhəmiyyətlidir. Hazırda bu birləşmələr E.coli bakteriyası ilə istehsal olunur və bəzi uşaq qidalarına əlavə edilir. Bununla belə, onların istehsalı çox baha başa gəlir və az miqdarda ana südü oliqosakaridləri istehsal edilə bilir.
"Nature Food" jurnalında dərc edilən araşdırmada bildirilir ki, genetik cəhətdən dəyişdirilmiş "Nicotiana benthamiana" bitkisi bu birləşmələrdən 11-ni istehsal etməyə imkan verir. Qeyd edək ki, ana südündə isə təxminən 200 oliqosakarid var.
Alimlər bitkinin sadə şəkərləri mürəkkəb şəkərlər meydana gətirən zəncirlərə birləşdirən şəkər istehsal mexanizmini yenidən proqramlaşdırıblar. Tədqiqatçılar sadə şəkərləri ana südü oliqosakaridləri ilə birləşdirmək üçün lazım olan fermentləri istehsal etmək üçün nəzərdə tutulmuş genləri bitkiyə daxil ediblər.
"Biz üç əsas qrup ana südü oliqosakaridləri istehsal etdik. Mənim bildiyimə görə, heç kim hər üç qrupun bir orqanizmdə eyni vaxtda istehsal oluna biləcəyini göstərməyib. "Nicotiana benthamiana" tərəfindən istehsal olunan ana südü oliqosakaridləri arasında LNFP1 adlı bir birləşmə var ki, körpələrdə daha az infeksiyaya səbəb olduğu düşünülür, lakin indiki üsullarla yüksək miqdarda istehsal edilə bilmir", - araşdırmanı həyata keçirən Dr. Petrik Şi nəzərə çatdırıb.
Tədqiqatçılar yeni metodla daha ucuz və sağlam uşaq qidaları, eləcə də böyüklər üçün qida dəyəri yüksək olan bitki mənşəli südlər hazırlaya biləcəklərini düşünürlər.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Zidan Ronaldonu müdafiə etdi
-
Vladimir Putin Türkmənistana səfər edəcək
-
Hava ilə bağlı son məlumat
-
Şəmkirin Lüteran kilsəsində Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının konserti keçirilib - (Foto)
-
İki cüdoçumuz dünya çempionatının 1/8 finalına yüksəldi
-
Pakistanın təhlükəsizlik qüvvələri 8 terrorçunu zərərsizləşdirdi
-
Məsud Pezeşkian Türkmənistana səfər edəcək
-
Ayın 5-də yağış yağacaq - Proqnoz
-
Samux rayonunda 5 Oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş "Ey hörmətli Müəllim...!" adlı tədbir keçirilib - (Foto)
-
Azərbaycan Meksikanın Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub - (Foto)
-
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var - (Video)
-
"20 ildir millidəyəm, ilk dəfədir utanıram"
-
Avropa çempionatının ikinci günü 5 boksçumuz rinqə çıxacaq
-
Braziliyada prezident seçkiləri keçirilir
-
Merts Ukraynaya elan olunmamış səfər etdi
-
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bu bölgəyə 20 sm qar yağdı
-
Kamaləddin Qafarov: YAP yeni məsuliyyət mərhələsindədir
-
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
-
Şəfəq qəsəbəsində yaşayış binasında partlayış -Yaralanan var
-
Rusiya ordusunun Ukraynada itkiləri açıqlandı
-
“Neftçi” və “Spartak” 75 ildən sonra yenidən üz-üzə gələcək
-
Bu uşaqlara qəhvə qəti verilməməlidir
-
700 min insan onu görməyə getdi





