"Hər üç fiziki məhdudiyyətli şəxsdən biri qohum nikahlarından doğulur" - Həkim
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda qohum evliliyi qanunla qadağa oluna bilər. Artıq bununla bağlı ictimai müzakirələr başlayıb. Müzakirələrin ümumi yekunu budur ki, əmi, xala uşaqları arasında evlilik qadağan olunsun. Çünki yaxın qohumla evlilik doğulacaq uşaqların səhhətində ciddi fəsadlar yaradır.
Nəzərə alaq ki, dünyanın bir sıra ölkələrində analoji qərarlar qəbul edilib. Məsələn, qohumlar arasında evlilik bir sıra Avropa, Cənub-Şərqi Asiya ölkələrində, Çində, Vyetnamda, ABŞ-nin 24 ştatında və sairə ölkələrdə qadağan olunub.
Milli.Az bildirir ki,mövzu ilə bağlı bizim.media-ya danışan həkim Abbas Bağırov bildirib ki, digər canlılarda erkək və dişi fərdlərin cinsi təmasından törəyən döldə genetik xəstəliklər aşkar olunmadığı halda, məhz insanların qohum evlilikləri zamanı xromosomlar və onların genlərində baş verən dəyişikliklər xəstəliklərin yaranmasına səbəb olur:
"Azərbaycanda 15-dək irsi xəstəlik qeydə alınıb. Təəssüf ki, bunların böyük hissəsinə qohum evliliklərindən dünyaya gələn şəxslərdə rast gəlinir. O cümlədən, fiziki məhdudiyyətli şəxslərin üçdəbiri məhz qohum nikahlarından doğulanlardır.
Genetik xəstəliklərə qohum evlilikləri nəticəsində daha çox rast gəlindiyi statistik göstəricilərlə təsdiq olunub. Bətndaxili və yaxud doğuşdan sonra baş verən ölüm hallarının 25%-nə qohum evlilikləri zamanı təsadüf olunur, 10% hallarda isə tamamilə uşaq olmur.
Qohum nikahları zamanı cütlüklərin hər ikisi eyni kökdən olduğu üçün qüsurlu genlərin birləşmə ehtimalı daha yüksəkdir. Qüsurlu genlər birləşərkən körpə dünyaya qüsurlu gəlir, qan xəstəlikləri-talassemiya, hemofiliya, dayaq hərəkət sistemi xəstəliklərinin, nevroloji xəstəliklərin, əqli inkişaf geriliyinin formalaşma ehtimalı yüksəlir. Ana bətnində dölün ölməsi, hamiləliyin erkən bitməsi, ürək qüsurları, uşaqların cılız doğulması hallarına da ən çox qohum nikahlarında rast gəlinir".
Abbas Bağırov onu da qeyd edib ki, respublikamızda uşağı xəstə doğulan valideynlərin Ailə Planlaması Məsləhətxanasına müraciətləri artmaqdadır:
"Qohum nikahlarından dünyaya gələnlərin 10%-ə qədərində ata tərəfindən ötürülən irsi xəstəliklər əsas rol oynayır. Qohum evliliyi istəyən cütlüklər bilməlidirlər ki, bu cür evlilikdən yaranan xəstəliklərin çoxu tam müalicə oluna bilmir. Onlardan dünyaya gələcək uşaqların sağlamlıqları və yaşamaq ehtimalı aşağı olacaq, daimi həkim nəzarətində dərmanlardan asılı vəziyyətdə qalacaqlar. Nəticədə valideynlər həmişə maddi, fiziki və mənəvi problemlər içərisində qalırlar. Qohum nikahların ən çox verdiyi fəsadlardan biri də sonsuzluqdur".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Süni intellektlə beyin xərçənginə qarşı yeni molekul hazırlandı
-
Soyuq hava mövsümü başladı: Viruslardan necə qorunmalı?
-
Qəlbləri ən asan fəth edən 5 bürc
-
Mıhlama nə ilə yeyilir?
-
“Bitcoin” 190 min dolları keçə bilər
-
Antibiotik qəbul edərkən şəkər istehlak etmək bağırsaq bakteriyalarına zərər verə bilər
-
Çuğundurlu kələm turşusu resepti
-
İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
-
"Flydubai" pilotu hər şeyi etiraf etdi
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
-
Günün qoroskopu: Ailə daxilində gərginlik yarana bilər
-
Studiyadakı şəxs robotlarla əlbəyaxa oldu - (Video)
-
Türkiyənin ən varlı aktyorları
-
Sabah Yasamalda işıq olmayacaq
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
-
İranın neft naziri istefa verdi
-
Salyanda ağır qəza - yaralılar var - (Video)
-
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
-
Türkiyədə 4-cü dəfə zəlzələ oldu - Yenilənib
-
Nemət Pənahov vəfat etdi - (Foto)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov





