Sağlamlıq

Paltarları stula dağınıq atmaq psixi pozuntudur

2 May 2024 20:19
Baxış: 554
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çirkli paltarlarla dolu stul psixi pozuntudan xəbər verə bilər.

Milli.Az "medicina"ya istinadən xəbər verir ki, psixoterapevt Billi Roberts bu vərdişin altında yatan səbəblərdən danışıb:

"Günlərlə paltar yuyulmasını təxirə salmaq, çirkli paltarları evdə, otaqda stul başında və ortada saxlamaq, eyni geyimi çirkli olsa da bir bəhanə edib geyinmək və buna görə heç də narahat olmayan insanlarda hiperaktivlik və defisit əskikliyi sindromu ola bilər.

Bu insanların geyim dolabları da dolu qarışıq olur, əşyaları dağınıq yerləşir.
Bu sindrom beyinin motivasiya, planlama, özünə nəzarət və eyni işi səbrlə görmək funksiyasına neqativ təsir edir.

Belə insanların beyni yeknəsək, darıxdırıcı və diqqət tələb edən tapşırıq olanda yüklənir, yorulur və daha maraqlı işlərə köklənir.

Yorucu ev işləri, yuma, silmə bu insanlar üçün çox əzablı ola bilər, ona görə sindromu olanlar belə işləri maksimum təxirə salır.

Ona görə bir iki dəfə eyni geyimi yumadan geymək, arada stulun başında geyimləri toplamaq narahatlıq üçün əsas deyil. Amma siz özünüzü aldadıb, beynin oyununa gedərək illərdir bunu təxirə salırsızsa, psixiatra müraciət etmək vaxtıdır".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.