SN: Özbaşına vitamin qəbulu yolverilməzdir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bir insanın yaxın müddətdə tez-tez xəstələnməsi immunitetinin zəiflədiyini göstərir.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev deyib. Onun sözlərinə görə, bu zaman mütləq həkimə müraciət etmək lazımdır ki, müvafiq müayinələr aparılsın.
İmmunitetin gücləndirilməsi ilə bağlı danışan həkim deyib ki, özbaşına vitamin qəbulu yolverilməzdir:
"Yaxşı olar ki, həkimə müraciət edilsin. Bununla yanaşı meyvə qəbulu arzu olunandır".
Həkim bildirib ki, stress, oturaq həyat tərzi, əlüstü yeməklərlə qidalanma immun sistemini zəiflədən faktorlardandır:
"Davamlı alkoqollu içki qəbulu, siqaretdən istifadə də immun sistemini zəiflədir. Eyni zamanda bəzi hallarda insanların sadə sudan çox, tərkibində şəkər olan sulardan istifadə edirlər. Bu isə arzuolunmazdır. Yaxşı olar ki, gündəlik maye qəbulunun təmin edilməsi üçün qazsız, şəkərsiz, tərkibində rəngləndiricilərin olmadığı sudan istifadə edilsin".
D vitamini çatışmazlığı barədə danışan həkim deyib ki, qış aylarından sonra bu insanlar arasında müşahidə edilən hallardandır. Həkim deyib ki, B vitamini, dəmir əskikliyi, eyni zamanda D vitamini çatışmazlığı zamanı ümumi əlamətlərdən biri halsızlıqdır:
"Lakin insan özündə müəyyən narahatlıq hiss edirsə, bu orqanizmin siqnalıdır. Ona görə həkimə müraciət etmək, müayinə olunaraq narahatlığın, halsızlığın, bədəndəki ağrıların bəlli səbəbini müəyyənləşdirmək lazımdır".
Xroniki yorğunluq barədə məqama aydınlıq gətirən həkimin sözlərinə görə, yorğunluğa səbəb olan bütün səbəblər inkar edildikdən sonra insanda hələ də yorğunluq müşahidə edilirsə, bu, xroniki yorğunluqdur.
"Burada əsas səbəb gərgin iş rejimi, oturaq həyat tərzi, stress faktorunun düzgün idarə edilməməsi, yuxu rejiminin pozulmasıdır. Bu insanlar depressiv olur, heç nədən həzz almır, halsızlıq, yorğunluq olur, daim yatmaq istəyirlər. Bu zaman digər səbəblər inkar edildikdən sonra psixiatra yönləndirilərək müvafiq müalicə təyin edilir".
Həkimin sözlərinə görə, bir insanda hansısa hansısa xəstəlikdən sonra müəyyən müddət yorğunluq ola bilər:
"Bu halda yorğunluq müəyyən müddətdən sonra keçir və insan özünü toparlayır. Lakin yorğunluq yaradan digər səbəblər, məsələn qan azlığı, vitamin çatışmazlığı və s. inkar edildiyi halda, yorğunluqla bağlı simptomlar davam edirsə, bu xroniki yorğunluq hesab edilir".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir
-
"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış
-
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
-
Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq
-
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - (Video)
XƏBƏR LENTİ
-
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
-
Prezident İlham Əliyevin sosial media hesablarında 20 sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı video paylaşılıb - (Video)
-
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
-
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
-
Günün qoroskopu: Özünüzə qarşı həddindən artıq tələbkar olmayın
-
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
-
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - (Video)
-
61 yaşlı Monika Belluççi - (Foto)
-
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
-
Bakıda məktəbin həyətində yanğın baş verib - (Foto)
-
Müğənni Dmitri Bikbayevin konsertdə əli trosdan sürüşdü, yıxıldı - (Video)
-
“Trabzonspor” “Qalatasaray”ı darmadağın edib
-
Serenay Sarıkayanın bir ev qiymətinə olan saatı - (Foto)
-
Əraqçi: İran ilə ABŞ arasında danışıqlar davam edir
-
Paşinyan yenə öz ampulasında - (Video)
-
İran müharibənin dayandırılması üçün şərtlərini ABŞ-yə göndərib
-
Rövşən Cahangirov uzun illər sonra efirə qayıdır
-
Tramp qapını örtdü, Bakı isə iş qaldırdı: CNN cavab verməli olacaq
-
Premyer Liqa: "Sabah" ardıcıl beşinci qələbəsini qazanıb
-
Astarada qəza - 4 nəfər xəsarət alıb
-
Hande Erçel reklamdan 20 milyon qazanacaq - (Foto)
-
Bakıda bəzi parklanma məntəqələri bağlanacaq
-
Berdiyevdən Sadıqovun hakim iradına reaksiya
-
Birinci vitse-prezident Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - (Foto)





