Sağlamlıq

Kişilərdə qanazlığı onkoloji prosesdən - xəbər verə bilər

10 Mart 2024 23:20
Baxış: 762
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dəmir defisitli anemiya bəzən onkoloji proseslərdən xəbər verə bilər.

Xüsusən kişilərdə ciddi anemiya aşkarlanarsa, təcili yoxlanmaq lazımdır.

Milli.Az medicina.az-a istinadla xəbər verir ki, məşhur həkim Aleksandr Myasnikovun sözlərinə görə, kişilərdə ət yeməklə bağlı defisit olmadığı üçün nadir halda ciddi anemiya olur.

"Əgər kişinin analizlərində qanazlığı görünərsə, bu o deməkdir ki, o qan itirir.

Bu mədə xorası, polip, bağırsaq xərçəngində ola bilər.

Qadınlarda da anemiya xroniki yorğunluq, doğuş və s.-dən ola bilər. Əgər onlarda çox ciddi yorğunluq varsa, mütləq törəmələrə görə yoxlanmalıdırlar.
Əgər qadın qan itirirsə, amma mioması yoxdursa, o zaman bağırsaq kolonoskopiya olunmalıdır.

Anemiyanın zahiri əlamətləri:

- Ağarmış dəri
- Təngnəfəslik
- Ürəkdöyünmə

- Qulaqda küy
- Saç tökülməsi

- Halsızlıq
- Narahat ayaqlar sindromu
- Udmada çətinlik

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.