Sağlamlıq

Üzdəki sızanaqlar ciddi xəstəliyin xəbərçisi ola bilər

29 Fevral 2024 05:05
Baxış: 711
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qadının üzündəki sızanaqlar ciddi bir xəstəliyin xəbərçisi ola bilər".

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Rusiyanın tanınmış terapevti və teleaparıcısı Yelena Malışeva xəbərdarlıq edib.

O, zərərsiz görünən bu simptomun yumurtalıqların polikistoz sindromunun ilk əlaməti ola biləcəyin deyib.

"Bu xəstəlik zamanı yumurtalıqlar qadın cinsi hormonlarını istehsal etmirlər və nəticədə orqanizmdə kişi cinsi hormonları üstünlük təşkil etməyə başlayır. Bu xəstəliyin başqa bir əlaməti isə bütün bədənin tüklənməsidir", - deyə həkim bildirib.

Mütəxəssis sızanaqları çox olan xanımlara ginekoloqa müraciət etməyi və onlarda polikistoz yumurtalıq sindromunun olub-olmadığını öyrənməyi məsləhət görüb.

Malışeva onu da vurğulayıb ki, bu xəstəliyi uğurla müalicə etmək olar.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.