Cavanşir Quliyevin əziyyət çəkdiyi nadir xəstəlik - Azərbaycanda 2 nəfərdə var...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün ölüm xəbəri yayılan, lakin Türkiyədə müalicədə olan bəstəkar Cavanşir Quliyev bir neçə ildir nadir xəstəliklərin birindən müalicə alır.
Son zamanlar aparılan müalicə və steroid dərmanların təsirindən üzü və bədəni şişən bəstəkar müsahibələrində nadir autoimmun xəstəlikdən əziyyət çəkdiyini bildirmişdi.
Milli.az "Medicina"-a istinadla xəbər verir ki, Cavanşir Quliyev dəqiq diaqnozunun adını heç vaxt açıqlamayıb.
"Mənim bir xəstəliyim var: ağır və üzdə görünən xəstəlik deyil, amma onu boş buraxsan, adamı öldürər.
Autoimmun xəstəliklərdəndir. 5 milyon adamdan birində aşkarlanır. Azərbaycanda iki nəfərdə var.
Belə xəstələrdə bədəndəki maye qabarcıqlar şəklində müxtəlif yerlərdən çıxır. Müalicə ilə xəstəliyi nəzarətdə saxlamaq mümkündür. Bunun üçün bir dərman var, ömürboyu qəbul etmək lazımdır. Çox güclü dərmandır, əks-təsirləri də olur".
Autoimmun xəstəliklər immun sistemin funksiyasının pozulması və öz-özünə düşmən kəsilməsidir. Bu zaman hansısa orqanda, toxumada hüceyrələr özü-özünə hücum edib, həmin orqanı məhv etməyə başlayır. Yəni immun sistemin özünü tanıma proqramı pozulur.
Sistem xəstəliklər başlayır, çünki zamanla digər orqan və toxumaların da zədələnməsi baş verir.
Hansı xəstəliklər autoimmun hesab edilir.
- Revmatoid artrit
- Sklerodermiya
- Sistem qırmızı qurd eşənəyi
- Vaskulitlər
- Şeqren sindromu
- Sarkoidoz
Və bir neçə nadir rast gəlinən xəstəliklər.
Autoimmun xəstəliklərin dəqiq səbəbi məlum deyil. İrsi olaraq keçə bilir, iltihabi xəstəliklər, viruslar, stress və immunitetin özəlliyindən qaynaqlana bilir.
Məsələn, çox insanlarda müharibədən, eləcə də pandemiya və koviddən sonra baş qaldırıb. 100% müalicəsi yoxdur.
Görünür xəstəlik Cavanşir Quliyevdə əsas orqanları zədələyib və onun ürəyi, böyrəyi, beyni əməliyyat oluna bilər.
Autoimmun xəstəliklərin cərrahi müalicəsi yoxdur.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir
-
"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış
-
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
-
Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq
-
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - (Video)
-
Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün
XƏBƏR LENTİ
-
"Nə vaxt soruşursan deyir, 80 yaşım var" - Sevil və Sevinc - (Foto/Video)
-
Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında - (Foto)
-
Rafinya Messinin rekordunu qırdı
-
Şoyqu Paşinyanı tənqid etdi
-
Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər
-
Amerikalı məşhur rəssam 88 yaşında vəfat etdi
-
15 yaşlı qapıçı “Kəpəz”in tarixinə düşdü
-
Dövlətin ən həssas sərhədi xəritədə deyil
-
Goranboyda 22 yaşlı oğlanın meyiti əkin sahəsində aşkarlandı
-
Danla Bilic 8-ci dəfə əməliyyat olundu - (Foto)
-
Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq
-
Millimizin Tacikistanla oyununu o idarə edəcək
-
İsveçin Baş naziri istefa verdi
-
Afaq Bəşirqızının adını çəkib ağladı - (Video)
-
İsti hava Avropanı ərzaq böhranı ilə üz-üzə qoydu, qıtlıq yarandı
-
Pensiyalarla bağlı gözlənilən xəbər
-
“Norm” ASC 2025-ci ildə rekord gəlir əldə edib
-
Prezident İlham Əliyev: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
-
Prezident İlham Əliyev: Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın
-
Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
-
Azərbaycanda zəlzələ oldu
-
Türkiyəli bloqer Bakının təmizliyini belə yoxladı – (Video)
-
Famil Mustafayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
-
Sərnişinlərə alternativ marşrut təklif edildi: Cəmi 11 dəqiqəyə çatacaqsınız - (Foto)





