Sağlamlıq

ÜST indi də xərçəng xəstəliyi barədə həyəcan təbili çaldı: İldə 35 milyon...

3 Fevral 2024 00:55
Baxış: 1 429
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ümumdünya Səhiyyə Təşkilatı 2050-ci ilə qədər xərçəng xəstəliyinin hər il 35 milyona çatacağını proqnozlaşdırır.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə ÜST-ün Xərçəng üzrə Beynəlxalq Araşdırmalar Agentliyinin (IARC) hesablamalarından məlum olub.

Bildirilir ki, 2022-ci ildə 20 milyon yeni xərçəng hadisəsi və 9,7 milyon ölüm olub. Eyni zamanda, diaqnozdan 5 il sonra sağ qalanların sayı 53,5 milyon nəfər olub.

Mütəxəssislər 2050-ci ildə 35 milyondan çox yeni xərçəng hadisəsinin olacağını proqnozlaşdırırlar ki, bu da 2022-ci ilə nisbətən 77% çoxdur.

Xəstəliyin artmasında əsas amil kimi tütün məhsulları, alkoqol, piylənmə və havanın çirklənməsi göstərilir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.