Sağlamlıq

Süni intellekt ölüləri "dirildəcək" - Xəyallar gerçək olur

8 Yanvar 2024 03:33
Baxış: 732
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Süni intellekt texnologiyasının inkişafının sürətlənməsi ilə "rəqəmsal dirilmə" ideyası artıq sadəcə elmi fantastika deyil. 

Milli.Az sfera.az-a istinadən xəbər verir ki, Seul Milli Universitetinin araşdırmaçısı Masaki İvasaki ölü insanların klonlaşdırılması ilə bağlı sorğu keçirib.

Tədqiqatda müxtəlif yaş kateqoriyalarından olan 222 ABŞ vətəndaşı iştirak edib.

Respondentlərdən ölümlərindən sonra rəqəmsal olaraq klonlaşdırılmalarına icazə verib verməyəcəkləri soruşulub.

Respondentlərin 59 faizi bundan imtina edib və təxminən 40 faizi bunun sosial baxımdan qəbuledilməz olacağını söyləyib.

Qeyd edək ki, alimlər bu üsuldan daha çox kino ulduzlarını diriltmək üçün istifadə etmək arzusundadırlar.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.