Sağlamlıq

Ana ilə mübahisə uşaqda piylənməyə səbəb olur

30 Dekabr 2023 20:20
Baxış: 496
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ana ilə emosional münasibətlər övladın çəkisinə təsir edir.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, dünyada uşaqlar arasında piylənmənin ildən-ilə artmasının psixoloji səbəbi ana ilə pis emosional bağlılıqdır.

Oqayo universitetinin alimləri araşdırmalarının nəticəsi olaraq bildirirlər ki, uşaq anasına nə qədər çox nifrət edirsə, bir o qədər gələcəkdə artıq çəkidən əziyyət çəkəcək.

Ana ilə pis münasibət artıq 15 yaşdan metobolik, hormonal pozulmaların əsasını qoyur.
Əgər ana ilə uşaq öz aralarında heç yola gedə bilmirsə, daim münaqişə və mübahisə varsa, 15-17 yaşda piylənmə riski 2 dəfə daha artır.

Amma ana ilə övlad arasında yaxşı münasibət olan ailələrdə cəmi 10% uşaq piylənmədən əziyyət çəkə bilər ki, bunun da səbəbi qidalanma və şirniyyatdır.

Bu onunla izah olunur ki, anası tərəfindən qəbul olunmayan, danlanan və anası ilə mübarizədə olan uşaq stres səviyyəsini azaltmaq və özünü sakitləşdirmək üçün yeməyi artırır və çox yeyir.

Depressiya və stresdə olan uşaqlar un və şirin qidala yeyir, az hərəkət edir, yaxşı yatmır, sosial ünsiyyətdən qaçır və özünü yeməklə ovudur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.