Sağlamlıq

Bayram günlərində qidalanmada nələrə diqqət edilməlidir? - VİDEO

31 Dekabr 2023 13:40
Baxış: 762
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yeni il gecəsi qidalardan düzgün istifadə etmək vacib məsələdir. Çünki, adi günlərlə müqayisədə bayramda süfrəyə daha çox təamlar qoyulur. Hər bir yeməyin isə tərkibi fərqli olur. 

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, qida mütəxəssisi Məhsəti Hüseynova deyir ki, bayram günlərində ilk növbədə salatların hazırlanması və saxlanmasına diqqət edilməlidir.

Onun sözlərinə görə, tərəvəzlərdən, ət və mayonezdən hazırlanan salatlar yüksək risk qrupuna aiddir. Ona görə də, belə qidalarn maksimum  4-5 saat saxlanmalıdır.

Mütəxəssis vurğulayır ki, bayram günlərində yüksək təzyiqdən, şəkərli dibaetdən, ürək-damar xəstəliyindən əziyyət çəkən insanlar, eyni zamanda müalicəsi davam edən şəxslər qidalanmalarına xüsusi diqqət etməlidirlər. Eyni zamanda bir növ heyvan ətindən istifadə olunmalıdır.

Məsələn, mal əti ilə quş ətinin qarışdırılması orqanizmdə ciddi fəsadlara, həzm sistemində problemlərə yol aça bilər. Qazlı və rəngli içkilərin istifadəsi isə tövsiyə olunmur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.