Sağlamlıq

Beyin şişinin qəribə əlamətləri – Onkoloqdan

11 Dekabr 2023 22:24
Baxış: 901
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Stress və həyəcan anında çox güclü baş ağrısı, spazm beyin şişindən xəbər verə bilər.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, onkoloq Yevgeniy Çeremuşkin baş beyin şişlərinin pasiyentlərin ağlına gəlməyən simptomlarını açıqlayıb.

"Beyindəki şişin əlamətləri özünü aylar, hətta 1-2 il sonra göstərə bilər. Əgər şiş aqressiv deyilsə, çox asta böyüyürsə, bu zaman xəstə özünü normal hiss edir.

Hər baş ağrısı xərçəng deyil, amma baş ağrılarının xarakterinə fikir verin.
Baş ağrısı, baş gicəllənmə şişin əlaməti ola bilər.

Amma bu zaman ağrı gərək mütəmadi olsun, xüsusən fiziki iş, idman və stress, həyəcan zamanı artır.

Digər əlamətlər:
- Yaddaş itkisi
- Zəiflik, diqqət yayqınlığı
- Çox yüngül işdən sonra baş ağrısı
- Görmədə dumanlanma
- Sanki gözün kənarları ilə görürlər

Əgər bu əlamətlər varsa, təcili həkimə getmək lazımdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.