Sağlamlıq

3 saatdan artıq oturanların damarlarında nə baş verir?

6 Dekabr 2023 00:45
Baxış: 655
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Uzun müddət, fasiləsiz 3 saat oturmaq sağlamlıq üçün təhlükəlidir.

Milli.Az "Medicina"ya istinadən xəbər verir ki, həkim fleboloq Vanessa Prinse ürək və damarları qorumaq üçün uzun müddət oturmamağa çağırıb.

"2-3 saatdan çox əyləşmək damarların sıxılmasına və qan dövranı pozulmasına səbəb olur. Nəinki qan dövranı, həmçinin limfa durğunluğuna gətirir ki, bu da ayaqlarda şişkinliyə səbəb olur.

Bir çoxları deyəcək ki, bu işimizlə bağlıdır, amma belə iş ürəyə ciddi ziyan vurur.

Oturmaq uzanmaq və yatmaqdan da çox ürəyə zərbədir. Çünki bu zaman damarlar çox sıxılır.
Oturaq həyat keçirənlərdə qanda şəkər, xolesterin və çəki də artır.

Bunun qarşısını almaq üçün əyləşəndə bədənin vəziyyətini tez-tez dəyişmək və 30 dəqiqədən bir ayağa qalxıb, gəzişmək, idman etmək, pilləkən çıxıb qalxmaq lazımdır.

Hətta bir məsləhət də mümkün qədər ayaq üstə duraraq işinizi görün. Hətta 1 saat ayaq üstə işləmək 30 dəqiqə oturmaqdan faydalıdır. Ona ğörə fasilə intervalları götürün".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.