Sağlamlıq

Qadınların diqqətinə! Bu məhsulları almayın: Ginekoloqdan xəbərdarlıq

25 Noyabr 2023 09:30
Baxış: 1 563
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Staci Tanouye adlı bir ginekoloq qadınların genital bölgəni sağlam saxlamaq üçün istifadə etməməli olduqları məhsullardan bəhs edən video paylaşıb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, ginekoloqun əsas tövsiyəsi ətirli məhsullardan qaçınmaq olub: 

"Mən heç vaxt ətirli tamponlardan istifadə etmirəm . Xüsusəndə bura efir yağları daxildir. Efir yağlı tərkibli məhsullar təmasda qıcıqlandırıcıdır"

Tanouyenin növbəti xəbərdarlığı nəm salfetlərdən istifadədir:

"Nəm salfetləri üzünüzdə istifadə etmədiyiniz kimi vaginal bölgənizə də istifadə etməyin."

Nəhayət, Tanouye bor turşusu süpozituarlarından qaçınmağı söyləyib:

"Biz borik turşusu süpozituarlarını infeksiyalar zamanı və bu kimi vəziyyətlərdə istifadə edirik. Ancaq ehtiyac olmadıqda süpozituarlardan istifadə edən insanlar potensial olaraq bədənlərini sağlam bakteriyalardan təmizləyirlər. Və bu da çox təhlükəlidir" . 

O, həmçinin izləyicilərinə aldıqları məhsulun etiketlərini yoxlamalarını və bu tərkibli məhsulları almamağı tövsiyə edib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.