Sağlamlıq

"Vulkan palçığı ginekoloji xəstəliklərin müalicəsində istifadə olunur"

15 Noyabr 2023 18:47
Baxış: 860
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycanda vulkan palçığı bir çox dərdlərin dərmanıdır".

Milli.Az xəbər verir ki, bunu İqtisadiyyat.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının alimi, Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin müdiri, professor Adil Əliyev deyib.

Onun sözlərinə görə, balneoloji xüsusiyyətləri sayəsində vulkan palçığı bir çox xəstəliklərin, o cümlədən dəri və ginekoloji xəstəliklərin müalicəsində, habelə kosmetologiyada istifadə olunur.

"Vulkan gili keramzit, kərpic istehsalı üçün əla xammal olduğuna görə inşaatda istifadə olunur. Vulkan püskürməsinin məhsulu olan vulkan brekçiyasının tərkibində isə bir sıra qiymətli elementlər və metallar var ki, bu elementlərdən xalq təsərrüfatının ehtiyacları üçün istifadə etmək olar", - professor əlavə edib.

Xatırladaq ki, A.Əliyev Azərbaycanda gələn il vulkan püskürəcəyini proqnozlaşdırdığını söyləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.