Payızda xroniki xəstəliklərə nəzarət qaydası
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Payızda çox vaxt ürək-damar, tənəffüs və əqli xəstəliklər kəskinləşir.
Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə oktyabrın 22-də rusiyalı kardioloq İrina Permikina danışıb.
O qeyd edib ki, xroniki xəstəliklərin müalicəsi mümkün deyil, lakin onların gündəlik həyata təsir dərəcəsinə nəzarət etmək olar. Mütəxəssis vurğulayıb ki, ürək və qan-damar sistemi ilə bağlı problemlərə görə, əhalinin 70%-ə qədəri mövsümi dəyişikliklərə həssasdır.
"Hipertoniyadan (yüksək qan təzyiqi) əziyyət çəkən bir çox xəstə temperatur dəyişdikcə dərman rejimini tənzimləməlidir. Özünüzü necə hiss etməyinizdən asılı olmayaraq, təzyiqi mütəmadi olaraq ölçmək vacibdir ki, onun artıb-azalması vaxtında aşkar edilsin, lazımi tədbir görülsün", - deyə o, xəbərdarlıq edib.
Həmçinin payız və qış aylarında soyuqdəymə və qrip geniş yayılır ki, bu da ürək-damar sisteminin vəziyyətinə mənfi təsir göstərir.
"Çoxsaylı tədqiqatların nəticələri ürək xəstəliyindən əziyyət çəkən xəstələr üçün qrip və soyuqdəymənin profilaktikasının vacibliyini nümayiş etdirir. Söhbət ilk növbədə qrip virusuna qarşı hər il vurulan peyvənddən gedir. Bu, ürək-damar ağırlaşmalarının inkişaf riskini 59% azaltmağa kömək edir", - deyə həkim bildirib.
Permikina həmçinin mövsümi affektiv pozğunluğun (SAD) pisləşməsinə işarə edib. Bu, günəş işığının olmaması səbəbindən depressiv emosional vəziyyətin meydana gəldiyi depressiyanın növüdür.
"SAD çox vaxt payızda ortaya çıxır və bəzi insanlarda apatiya yaza qədər davam edir. Bütün bunlar təkcə əqli deyil, həm də fiziki sağlamlığa mənfi təsir göstərir. Əgər emosional vəziyyətinizin pisləşdiyini görürsünüzsə, bu zaman edəcəyiniz hərəkətlərin planını hazırlamaq üçün psixoloqa müraciət edin", - deyə həkim əlavə edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur
-
Həftə ərzində az yatırsınızsa, bunu edin
-
İsti-soyuq hava keçidi ilə bağlı xəbərdarlıq
-
Susuzluğunuzu çay və qəhvə ilə yatırmayın - Səbəb
-
Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
-
Qırmızı və yaşıl almaların faydaları – Hansını yemək daha yaxşıdır?
XƏBƏR LENTİ
-
Rəqqasə Renka: "Deyib ki, rəqqasənin qızıdır, "vape" çəkən bu olacaq"
-
Renat Dadaşov Ukrayna klubuna keçdi
-
Acun Ilıcalı gənc qalma sirrini açıqladı
-
Bu yolda avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq
-
Formula 1-ə görə Bakıda onlayn dərsə keçən məktəblər açıqlandı
-
Günəşdə güclü partlayış baş verib
-
Bakıda bu yolda hərəkətin təşkili dəyişir - (Video)
-
Payızın Azərbaycana daxil olacağı tarix açıqlandı
-
8 ayda 7,3 milyondan çox sərnişin daşınıb - ADY
-
Sabah yağış yağacaq - Proqnoz
-
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edilib
-
Türk aktyor əzələli bədənini nümayiş etdirdi - (Fotolar)
-
Azərbaycanda bu sözü deyənə 15 il həbs verilir?
-
"Hər dəfə uşağı göyərmiş halda gətirirdilər” - "Kayu" uşaq bağçasından şikayət - (Yenilənib)
-
Beynəlxalq axtarışda olan azərbaycanlı Ukraynadan ölkəyə ekstradisiya ediləcək
-
Jurnalistika adı altında siyasi sifariş
-
Iğdır valisi və xanımı “Qarabağ” mahnısına belə rəqs etdilər – (Video)
-
Böyük məbləğ. Böyük imkanlar. Bank VTB (Azərbaycan) 0% komissiya ilə 100 000 AZN-dək nağd kredit kampaniyasını uzadıb
-
Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
-
Xalq artistinin 60 il əvvəlki fotosu yayıldı
-
Elgiz yeni verilişinin tarixini açıqladı
-
Azərbaycan Premyer Liqası: "Qəbələ" "İmişli"yə, "Kəpəz" "Şamaxı"ya qarşı
-
DİM-in imtahanlarında PISA tipli tapşırıqlar tətbiq edilə bilər
-
Üzüm və Şərab Festivalına hazırlıqlar başlayıb





