Bakıda bu yolda hərəkətin təşkili dəyişir - (Video)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hazırda Binəqədi şosesinin Mehdiabad yolu və Nicat Mustafayev küçəsi ilə kəsişmələrində, xüsusilə günün pik saatlarında nəqliyyat sıxlığı və buraxıcılıq qabiliyyətinin aşağı olması müşahidə edilir.
Milli.Az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, mövcud vəziyyətin yaxşılaşdırılması məqsədilə sözügedən ərazidə yol hərəkətinin təşkilində dəyişiklik olunur. Layihə Nəqliyyatı Əlaqələndirmə Şurasında baxılaraq qəbul olunub.
Həyata keçirilən layihə çərçivəsində yol nişanları və nişanlanma xətləri vasitəsilə hərəkətin kanallaşdırılması aparılacaq. Kəsişmələrdə hərəkət zolaqlarının artırılması, eləcə də Əttarlar küçəsindən yalnız sağa hərəkətin təşkili nəzərdə tutulur. Bu, yolun buraxıcılıq qabiliyyətinin artırılmasına və münaqişəli nöqtələrinin minumuma endirilməsinə xidmət edir.
Eyni zamanda, işıqfor rejiminin optimallaşdırılması ilə əsas hərəkət istiqaməti üzrə yaşıl faza uzadılacaq. Bu da nəqliyyat axınının daha səmərəli və fasiləsiz hərəkətini təmin edəcək.
Layihə haqqında ətraflı videoda tanış ola bilərsiniz:
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
Rəqqasə Renka: "Deyib ki, rəqqasənin qızıdır, "vape" çəkən bu olacaq"
-
Acun Ilıcalı gənc qalma sirrini açıqladı
-
Bu yolda avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq
-
Formula 1-ə görə Bakıda onlayn dərsə keçən məktəblər açıqlandı
-
Günəşdə güclü partlayış baş verib
-
Bakıda bu yolda hərəkətin təşkili dəyişir - (Video)
XƏBƏR LENTİ
-
Rəqqasə Renka: "Deyib ki, rəqqasənin qızıdır, "vape" çəkən bu olacaq"
-
Renat Dadaşov Ukrayna klubuna keçdi
-
Acun Ilıcalı gənc qalma sirrini açıqladı
-
Bu yolda avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq
-
Formula 1-ə görə Bakıda onlayn dərsə keçən məktəblər açıqlandı
-
Günəşdə güclü partlayış baş verib
-
Bakıda bu yolda hərəkətin təşkili dəyişir - (Video)
-
Payızın Azərbaycana daxil olacağı tarix açıqlandı
-
8 ayda 7,3 milyondan çox sərnişin daşınıb - ADY
-
Sabah yağış yağacaq - Proqnoz
-
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edilib
-
Türk aktyor əzələli bədənini nümayiş etdirdi - (Fotolar)
-
Azərbaycanda bu sözü deyənə 15 il həbs verilir?
-
"Hər dəfə uşağı göyərmiş halda gətirirdilər” - "Kayu" uşaq bağçasından şikayət - (Yenilənib)
-
Beynəlxalq axtarışda olan azərbaycanlı Ukraynadan ölkəyə ekstradisiya ediləcək
-
Jurnalistika adı altında siyasi sifariş
-
Iğdır valisi və xanımı “Qarabağ” mahnısına belə rəqs etdilər – (Video)
-
Böyük məbləğ. Böyük imkanlar. Bank VTB (Azərbaycan) 0% komissiya ilə 100 000 AZN-dək nağd kredit kampaniyasını uzadıb
-
Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
-
Xalq artistinin 60 il əvvəlki fotosu yayıldı
-
Elgiz yeni verilişinin tarixini açıqladı
-
Azərbaycan Premyer Liqası: "Qəbələ" "İmişli"yə, "Kəpəz" "Şamaxı"ya qarşı
-
DİM-in imtahanlarında PISA tipli tapşırıqlar tətbiq edilə bilər
-
Üzüm və Şərab Festivalına hazırlıqlar başlayıb





