Sağlamlıq

Şəkər asılılığından qurtulmağın yolları

13 Oktyabr 2023 07:30
Baxış: 1 071
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dietoloqlar şəkər asılılığından qurtulmağın yollarını açıqlayıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, mütəxəssislərin fikrincə, sağlam olmaq üçün şirniyyatdan tamamilə imtina etmək lazım deyil.

Araşdırmalara görə, şəkərin maksimum gündəlik dozası qadınlar üçün 25 qram, kişilər üçün isə 36 qramdır. Şirniyyat istehlakını dayandırmaq üçün dietoloqlar daha tez-tez yağlı qidalar yeməyi tövsiyə edirlər. Çünki yağ daha doyurucu qidadır və uzun müddət toxluq hissi verir.

Dietoloqlar həmçinin zülal və liflə zəngin qidalarla şəkərə olan istəklərin azaldığını bildiriblər. Bundan əlavə, daha çox su içmək və süni dadlandırıcılardan tamamilə imtina etmək lazımdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.