Sağlamlıq

Yumurta qabığı cana dərmandır, yoxsa zəhər? - MÜTƏXƏSSİS AÇIQLADI

8 Sentyabr 2023 21:22
Baxış: 1 056
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yumurta qabıqları çox zəngin kimyəvi tərkibə malikdir. Onun insan sağlamlığı üçün çox faydalı olduğu bildirilir. Bir çoxları yumurta qabığının faydalı olduğunu iddia etsə də, insanların bir qismi isə əksinə orqanizm üçün çox zərərli olduğunu bildirirlər.

Maraqlıdır, görəsən yumurta qabığının istehlak edilməsi orqanizmə hansı təsirləri var?

Milli.Az lent.az-a istinadən bildirir ki, məsələ ilə bağlı qida üzrə baş mütəxəssis Ağa Salamov açıqlamasında bildirib ki, yumurta qabığının tərkibində salmonella bakteriyası var.

Onun sözlərinə görə, həmin bakteriya ölümcül xəstəliyə, zəhərlənmələrə səbəb ola bilər:

"Buna görə də, ilk növbədə yumurtanın qabığı qaynadılmalıdır. Yumurta qabığı toz halında istifadə olunmalıdır. Bu məhsul saçlara, dırnaqlara, sümüklərə faydalıdır. Yumurta qabığınınn tərkibində kalsium miqdarı çox olduğuna görə, sümük inkişafından geri qalan, sümük əriməsindən əziyyət çəkən uşaqların, yaşlıların şorbalarına əlavə olunur. Əlbəttə ki, bütün bunlarla yanaşı yumurta qabığının zərərli tərəfləri də var. Bədəndə kalsium midarının çox olması böyrəklərdə müəyyən fəsadlara səbəb ola bilər. Elə məhz bu baxımdan yumurta qabığını mütləq həkim məsələhəti ilə istehlak etmək lazımdır. Çünki yumurta qabığının istehlakı böyrəklərdə daşların əmələ gəlməsinə səbəb ola bilər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.