Sağlamlıq

Arıqlamaq istəyənlər üçün QARIŞIM

7 Sentyabr 2023 02:15
Baxış: 1 167
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hazırda dünyada demək olar ki, əksər insanlar piylənmədən və artıq çəkidən əziyyət çəkirlər.

Buna görə müxtəlif plastik əməliyyat, idman, pəhriz kimi üsullara əl atırlar. Arıqlamağın ilk şərti düzgün və sağlam qidalanmaqdır.

Milli.Az saglamolun.az-a istinadən xəbər verir ki, cəfəri tərkibindəki birləşmələr sayəsində arıqlamaq üçün ən təsirli vasitələrdən biridir. Antioksidant və fitokimyəvi xüsusiyyətləri sayəsində orqanizmi toksinlərdən təmizləyir, həddindən çox iştah və şirniyyat istəyini kəsərək formanı qorumağa kömək edir.

Bununla yanaşı cəfəri və limon birlikdə istifadə olunduqda çəki itirmə daha qalıcı olur. Çünki limon da içərisindəki vitamin və minerallar sayəsində tam bir sidik qovucudur. Həzm sisteminin mütəmadi işləməsini təmin edir və şişliyi aradan qaldırır.

Cəfəri qarışımı üçün lazım olanlar:

- 1 dəstə cəfəri

- 1 stəkan otaq temperaturunda olan su

- Yarım limonun suyu

Hazırlanması:

Cəfərini yaxşıca yuduqdan sonra mətbəx robotuna qoyun və limon suyunu əlavə edin. Cəfərilər xırda parçalar halına gəldikdə üzərinə su və limon suyunu  tökün. Bir az daha qarışdıraraq yeməklərdən əvvəl için.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.