Sağlamlıq

Darayanda saçları tökülənlər qaraciyərini yoxlatsın

6 Sentyabr 2023 08:00
Baxış: 2 230
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qaraciyərin müxtəlif mənşəli yağlanma xəstəliyində simptomlardan biri də saçların tökülməsidir. Qeyri-alkoqol mənşəli, yəni içki içməyən insanlarda əmələ gələn bu xəstəlik çox gizli gedir, illərlə özünü büruzə vermir.

Milli.Az "Medicina"ya istinadən xəbər verir ki, qaraciyər piylənməsinin ən son mərhələsi sirrozdur, o, azı 10 il ərzində qaraciyərin xroniki iltihabı nəticəsində yaranır. Nəticədə orqan çatışmamazlığı yaranır və bu da ölümcüldür.

Qaraciyər yağlanmasının əlamətlərindən biri saçları yuyanda və darıyanda çəngə ilə tökülməsidir, bu zaman daraq saçla dolur, saçlar sel kimi axır.

Ona görə də uzun müddət saçı belə tökülən və çarə tapmayan insanlar qaraciyər müayinəsinə üz tutsun.

Qaraciyər sirrozunun digər əlamətləri:
- Yorğunluq. əzginlik
- İştahsızlıq
- Qaraciyərdə ağrı
- Əzələ boşalması, arıqlama
- Güclü qaşınma
- Gözlərin saralması
- Qarında şiş
- Qanaxma və bədəndə göyərmələr
- Bədəndə ödem
Xüsusən piylənməsi olanlar, şəkər və təzyiq xəstələri risk altındadır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.