Sağlamlıq

Bu qidalar uşaqlarda piyləndirir

3 Sentyabr 2023 05:20
Baxış: 1 376
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son illərdə uşaqlarda qeyri-sağlam qidalanma, hərəkətsizlik, piylənmə, qeyri-kafi yuxu və stress, ürək xəstəlikləri daha çox rast gəlinir. Uşaq kardioloqu Sinem Altunyuva Usta uşaqlarda ürəyi təhdid edən düzgün qidalanmama vərdişlərini açıqlayıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, həkimin fikrincə, bu gün valideynlər uşaqlarına süni dadlandırıcılar və əlavələrlə asanlıqla hazırlana bilən qablaşdırılmış və işlənmiş qidalar verir.

Onun sözlərinə görə, elə məhz bu səbəbdən uşaqlarda piylənmə kimi xroniki xəstəliklərə daha tez-tez rast gəlinir:

"Araşdırmalara görə, dünyada 5-17 yaş arası uşaqların təxminən 20-25 faizində artıq çəki və ya piylənmə problemi var. Piylənmə isə birbaşa ürək-damar xəstəliklərinə meyllidir. Qablaşdırılmış desertlər, dondurmalar, tərkibində yüksək miqdarda şəkər olan qazlı içkilər, soyuq çaylar, rəngli və meyvəli südlər, konfetlər, peçenye kimi qəlyanaltılar metabolik sindromun və ürək-damar xəstəliklərinin inkişafını asanlaşdıra bilər. Bu səbəbdən də uşaqların bu cür qidalara meyl göstərməsinin qarşısını almaq lazımdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.