Sağlamlıq

Bananın qabığını atmayın

25 Avqust 2023 22:25
Baxış: 1 304
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bananın təkcə meyvəsi yox, zibilliyə atdığımız qabığı da orqanizm üçün xeyirlidir.

Milli.Az axşam.az-a istinadən bildirir ki, C vitamini, minerallar, maqneziumla zəngin olan banan qabığı min bir dərdin dərmanı hesab edilir. 

Banan qabığını necə istifadə etmək olar?
 

Tərkibindəki K, B, C vitaminləri dəri problemlərini aradan qaldırır. 

Tez-tez üzə banan qabığı sürtsəniz, dəridəki qara nöqtələrin yox olduğunu görəcəksiniz. Dəridəki səpkilər isə tamamilə quruyacaq. 

Banan qabığını əzib dəriyə sürtsəniz, ləkələri ağardacaq. 

Saralmış dişlərin ağardılmasında da istifadə edə bilərsiniz. 

Həşərat dişləyən yerə sürtsəniz, qaşınma və qızarma olmayacaq. 

Gözaltı şişkinlikləri və qaralmanı asanlıqla aparmağa qadirdir. Qabığı 30 dəqiqə gözaltında saxlayın və sonra yuyun. 

Başınız ağrıyan zaman banan qabığı ilə alın hissəsini ovuşdurun.

Əgər dabanlarınız çatlayırsa, banan qabığı qoyub, bir neçə dəqiqə saxlayın. 

Üzdəki qırışları açmaq üçün üstünə hər gün banan qabığı çəkməyiniz yetərlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.