Sağlamlıq

Səhər acqarına içilən qəhvə və arıqlamaq: Doğru bilinən yanlış

18 Avqust 2023 02:34
Baxış: 1 781
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qəhvənin faydaları barədə dəfələrlə deyilib və yazılıb. Lakin onu düzgün istifadə etmədikdə əks effekt verir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə elm adamları xəbərdarlıq ediblər.

Belə ki, bir çoxları səhərlər ayılmaq, yaxud səbəbsiz yerə acqarına qəhvə içməyi vərdiş ediblər. Elələri də var ki, bunu arıqlamaq məqsədiylə edir.

Həkimlər acqarına qəhvə içməyin orqanizmdə ödem əmələ gətirdiyini bildiriblər. Onların sözlərinə görə, bu da öz növbəsində bir sıra xəstəliklərlə nəticələnir, həmçinin artıq çəkidən qurtulmağa deyil, kökəlməyə səbəb olur.

Buna görə, tibb işçiləri səhərlər qəhvə içməzdən əvvəl ən azı bir meyvə yeməyin  daha sağlam üsul olduğunu deyiblər.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.