Sağlamlıq

Dərini qırışmağa qoymayan maska

28 İyun 2023 19:10
Baxış: 2 425
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dərinizin daha təravətli və gözəl görünməsini istəyirsinizsə, ona davamlı olaraq baxım göstərməlisiniz.

Milli.Az axşam.az-a istinadən bildirir ki, cökə maskası dərinin yaşlanmasını gecikdirir və ona rahatlıq bəxş edir.

Maskanın tərkibi:
- Cökə yarpağı
- 1 fincan isti süd

Hazırlanması:
Maska tətbiq olunmazdan əvvəl dərinin təmizlənməsi vacibdir. Südü istilədib içərisinə çökə yarpağı atın və 15 dəqiqə dəmlənməyə qoyun. Daha sonra süzüb üzünüzə onunla masaj edin. 15-20 dəqiqə gözlədikdən sonra üzünüzü ilıq su ilə yuyun. Bu maskanı həftədə 2-3 dəfə tətbiq edə bilərsiniz. Dərinizin möhkəmləndiyini və gözəlləşdiyini hiss edəcəksiniz.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.