Sağlamlıq

Qarpız yemişi belə yeməyin

28 İyun 2023 00:28
Baxış: 2 075
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Həkimlər insanları yayda qarpızla yemişi çox və birgə yeməyin zərəri barədə xəbərdarlıq edib.

Milli.Az "Medicina"ya istinadən xəbər verir ki, klinik laboratoriya həkimi Anna Safonova bostan meyvələrinin ayrılıqda yeyilməsini tövsiyə edib.

"Yayda qarpız yemiş birlikdə yeyilir. Bu 2 qida yüksək qlikemik indeksə malikdir, ağır şəkər miqdarı çoxdur.

Qarpız və yemiş ayrı-ayrılıqda bir iki dilim yeyildikdə belə, qanda şəkər çox yüksəlir. Təsəvvür edin, eyni vaxtda 2 şəkərli meyvə qana qlükoza sıçradır.

Bu həm insulin dirənçi olanlara, həm şəkəri olanlara, həm piylənmədən əziyyət çəkənlərə böyük zərbədir.

Qarpızla yemişin böyrəklərə təsiri də fərqlidir. Qarpız daha çox sidikqovucudur.

Kəskin qastrit və pankreatiti, böyrək, öd daşları olanlara bu 2 meyvə birlikdə qəti olmaz.

Hamilələr gündə hərəsindən ayrı-ayrılıqda bir dilim yeyə bilər.

Qarpız yemiş güclü allergen ola bilər. Allergiyası olanlar diqqətli olsun".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.