Sağlamlıq

Gündə bir stəkan qaragilənin GÖRÜN HANSI FAYDASI VAR

19 Aprel 2023 08:31
Baxış: 996
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gündə bir stəkan qaragilə qan təzyiqini aşağı salıb, beyin funksiyasını yaxşılaşdıra bilər.

Milli.Az AZƏRTAC-a istinadla bildirir ki, bununla bağlı tədqiqat "American Journal of Clinical Nutrition" jurnalında dərc olunub.

Araşdırmaya görə, qaragilədə olan polifenolların istehlakı damar və beyin funksiyasının yaxşılaşması ilə əlaqələndirilir. Qaragilənin sağlamlığa necə təsir edə biləcəyini daha yaxşı anlamaq üçün tədqiqatçılar sınaq keçiriblər. Araşdırmaya 65-80 yaş aralığında 61 sağlam kişi və qadın daxil edilib. İştirakçılar 12 həftə ərzində təxminən 178 qram təzə qaragilə ekvivalenti olan 26 qram qurudulmuş yabanı qaragilə tozundan hazırlanan içki içiblər. Nəhayət, qaragilə yeyənlərin digərlərinə nisbətən daha aşağı qan təzyiqi ilə yanaşı, müvafiq tapşırıqlarda yaddaş və diqqətinin də artması müşahidə edilib.

Tədqiqatçılar qeyd edib ki, araşdırmanın nəticələrinə görə yabanı qaragilədə olan polifenollar yaşlı insanlarda ürək-damar xəstəlikləri riskini azalda bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.