Sağlamlıq

Günorta çox yatanlarda bu xəstəlik yaranır

30 Mart 2023 23:32
Baxış: 1 410
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gündüzlər 1 saatdan çox yatmaq yaşlanarkən demensiya xəstəliyinin yaranma riskini 40 faiz artırır.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Kaliforniya Universitetinin alimlərinin apardıqları təqdiqatlar belə deməyə əsas verib.

Alimlər 14 il ərzində 1401 koqnitiv qabiliyyəti olan könüllü üzərində müşahidə aparıblar. 6 il sonra gündüzlər 1 saatdan çox yatan könüllülərin 24 faizində demensiya əlamətlərinin yarandğı müşahidə olunub.

Alimlərin fikrinə görə, sağlam insanlarda əqli zəifliyin yaranma səbəbi gündüzlər yuxu saatının uzun olmasıdır. Gündüzlər 1 saatdan daha çox yatan yaşlı adamlarda demensiya əlamətlərinə 40 faiz çox rast gəlinib.

Bildirilib ki, gündüzlər sadəcə 20 dəqiqə yatmaq beynin iş qabiliyyətinin ömrünü uzatsa da, uzunmüddətli və tez- tez yuxulamaq beynin yenidən özünü bərpa etməsi üçün xeyli zaman tələb edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.