Sağlamlıq

Burun əməliyyatı yaşı 15-ə düşdü

28 Mart 2023 23:13
Baxış: 1 379
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Burun əməliyyatı günümüzün ən çox edilən estetik prosedurlardan biridir. Burnunu bəyənməyən, bunu özünə kompleks edən insanlar ilk rinoplastikaya müraciət edirlər. Ancaq son zamanlar bu əməliyyatı etdirmək istəyənlərin orta yaşı 15-ə düşüb. 

Milli.Az Lent.az-a istinadən xəbər verir ki, bununla bağlı İstanbul Təhsil və Araşdırma Xəstəxanasının Lor həkimi Enes Yiğit müsahibə verib. 

Onun sözlərinə görə, əməliyyatın yaş həddinin 15-ə endirilməsi doğru deyil. 

"15-16 yaş arası yeniyetmələr daha yaxşı görünmək üçün  rinoplastikaya müraciət edirlər. Amma bu doğru deyil. Bu və buna bənzər əməliyyatlar 18 yaşından əvvəl edilməməlidir. Biz kişi və qadın fərq olmadan 18 yaşı tamam olmamış şəxsləri əməliyyat etmirik. Çünki üz sümüyünün tam oturuşması ilə cizgilər tamamlanmalıdır. Həmçinin, pasiyent psixoloji yetkinliyə çatmalıdır",-deyə həkim bildirib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.