Sağlamlıq

Vitamin çoxluğu immun sisteminə ziyan ola bilər? - AÇIQLAMA

2 Mart 2023 22:13
Baxış: 819
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ümumiyyətlə, immun sistemini tək vitaminlərlə yox, qida rejimi və gündəlik yaşam şəklinə düzgün riayət etməklə də qoruya bilərik. Amma həkim təyinatı olmadan, analiz nəticələri olmadan dərman formasında hər hansı vitamin qəbulu immun sistemini gücləndirmək əvəzinə, əksinə, daha da zəiflədir. Qaş düzəldən yerdə, vurub gözü də çıxarmış oluruq".

Milli.Az Oxu.Az-a istinadən xəbər verir ki bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, həkim-terapevt Zakir Quliyev Səhiyyə Nazirliyinin rəsmi "Instagram" səhifəsində immunitet və vitamin çatışmazlığı haqqında danışarkən deyib.

O bildirib ki, orqanizmdə hər şey öz normasında olmalıdır:

"Vitamin azlığı bədən üçün nə qədər zərərlidirsə, vitaminlərin normadan artıq olması da bir o qədər ziyandır. Bu səbəbdən analiz nəticələri olmadan, orqanizmin ehtiyacı olmayan vitaminlərin qəbulu immun sisteminə ziyan vura bilər. Bu səbəbdən birmənalı olaraq vitaminləri ehtiyac oldu-olmadı qəbul etmək tövsiyə edilmir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.