Sağlamlıq

İnsan spermasında meymunçiçəyi tapıldı

14 İyun 2022 05:22
0 Şərh     Baxış: 768
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtalyan alimləri meymunçiçəyi virusunu ilk dəfə olaraq insan spermasında aşkar ediblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Lazzaro Spallanzani adına Milli Yoluxucu Xəstəliklər İnstitutunun baş direktoru Françesko Vaya bildirib.

Məlumata görə, virus yoluxmuş şəxslərin toxum mayesində "çoxalmağa qadir formada" olub.

Bildirilib ki, meymunçiçəyi institutun klinikasında müayinə olunan altı xəstənin spermasında aşkarlanıb.

Tədqiqatçıları hazırda bu virusun insandan insana ötürülməsi mexanizmlərini tam başa düşmək üçün lazım olan tədqiqatları aparırlar. Alimlərin fikrincə, onların elmi işi virusun cinsi yolla ötürülməsi hipotezi ilə bağlı sualları aydınlaşdırmağa kömək edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.