Sağlamlıq

ÜST-dən yeni yayılan virusla bağlı açıqlama

24 Aprel 2022 16:30
0 Şərh     Baxış: 1 431
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərədə ortaya çıxan, Avropa və ABŞ-da yayılan mənşəyi məlum olmayan hepatit virusuna yoluxan bir uşaq ölüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

ÜST-nın açıqlamasına görə, indiyə qədər 11 ölkədə aşkarlanan ən azı hər 169 nəfər yoluxan şəxsdən biri dünyasını dəyişib.

Qeyd edilib ki, hepatit yoluxmaları yüksək olmasa da, pis nəticələr verib.

Virusun aşkarlandığı uşaqlarda son bir ayda sarılıq, ishal, qusma və qarın ağrısı kimi simptomların olduğu, bəzi hallarda isə ağır qaraciyər iltihabının olduğu və qaraciyər transplantasiyası ilə müalicə edildiyi açıqlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.