Gürcüstan

Tiflis "3+3" formatına niyə qoşulmur? - Əsas qorxu

26 Noyabr 2021 11:12
0 Şərh     Baxış: 934
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanda siyasi böhran həll olunmayana qədər "3+3" formatında irəliləyiş olmayacaq.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu rusiyalı siyasi ekspert Nikolay Silayev Tiflisin "3+3" mexanizminə qoşulmağın hazırda Gürcüstanın gündəmində olmadığı barədə bəyanatını şərh edərkən deyib.

"Gürcüstanın bugünkü xarici siyasəti Qərbin, yəni Aİ və ABŞ-ın bu siyasəti dəstəkləməsinə əsaslanır. Gürcüstan Rusiyanın da olduğu "3+3" formatına girəcəyi təqdirdə Qərblə əlaqələrinin zəifləyəcəyindən qorxur", - Silayev vurğulayıb.

Tiflisin Rusiya və Türkiyə ilə birbaşa dialoq qurmaqdan çəkindiyini bildirən Silayev bu səbəblərdən Gürcüstanda siyasi böhran həll olunmayana qədər "3+3" formatında irəliləyiş olmayacağını proqnozlaşdırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.