Gürcüstan

Saakaşvili Gürcüstana qayıdacağı vaxtı açıqladı

1 İyun 2021 19:18
Baxış: 1 258
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Payızda baş tutacaq referendumdan (yerli seçkilər nəzərdə tutulur) əvvəl, gürcü xalqına bir sürpriz hazırlayırıq".

Milli.Az "bizim.media"-ya istinadən xəbər verir ki,bunu Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili deyib.

Saakaşvii əlavə edib ki, onların planları barədə çoxlu suallar var:

"Mənim və ümumiyyətlə bizim planlarımız barədə çox sayda suallar var. Payızda, referendumdan öncə, İvanişvili və onun yoldaşlarına ciddi bir sürpriz hazırlayırıq. Bunu tam ciddiliyimlə deyirəm. Gürcü xalqına da yaxşı bir sürpriz hazırlayırıq. Buna milyonlarla insan sevinəcək, 100, 200-500 insan isə kədərlənəcək. Kədərlənənlərin hər biri soyuq su içsin"

Gürcüstanda payızda baş tutacaq seçkilərdən əvvəl Saakaşvilinin Tbilisiyə qayıdacağı gözlənilir. Bunu Saakaşvilinin özü açıqlayıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.