Gürcüstan

Tbilisidə ticarət mərkəzində güclü YANĞIN - VİDEO

30 Aprel 2025 10:05
Baxış: 382
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstanın paytaxtı Tbilisidə, "Vağzal meydanı" metro stansiyasına yaxın ərazidə yerləşən geyim bazarında güclü yanğın qeydə alınıb.

Milli.Az xəbər verir ki, hadisə barədə məlumatı "Sputnik Gürcüstan" yayıb.

Bildirilir ki, alov sürətlə yayılıb və hadisə yerinə dərhal yanğınsöndürən briqadalar cəlb olunub. Hazırda yanğının qarşısının alınması və alovun digər obyektlərə keçməsinin qarşısının alınması istiqamətində işlər görülür.

İlkin məlumatlara əsasən, yanğın nəticəsində xəsarət alan olmayıb. Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidməti insidentlə bağlı məlumatı təsdiqləyib.

Kənan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.