“Saakaşvili 2008-ci ildəki müharibəni xaricdən verilən göstərişlərlə edib”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili 2008-ci ilin avqustunda xaricdən verilən göstərişlər nəticəsində avantürist hərəkətlərə əl atıb".
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" Partiyasının Siyasi Şurasının bəyanatında deyilir.
"Gürcüstan cəmiyyətinin böyük bir hissəsi haqlı olaraq Saakaşvilinin adekvatlığına şübhə edir. Ancaq fakt budur ki, 2008-ci ilin avqustunda Saakaşvilinin avantürist hərəkətləri onun zehni balanssızlığının nəticəsi deyil, kənardan verilən təlimatların və yaxşı planlaşdırılmış xəyanətin nəticəsi idi", - mətndə deyilir.
Hakim partiya vurğulayır ki, ölkədə uzunmüddətli sülh və sabitliyin bərqərar olması üçün ictimai hüquqi prosesin təşkil edilməsi həyati əhəmiyyət kəsb edir ki, cəmiyyət ölkəyə və xalqa qarşı xain cinayəti kimin törətdiyini birdəfəlik bilsin.
Avqustun 8-də ölkənin Baş naziri İrakli Kobaxidze bildirib ki, respublika hakimiyyəti 2008-ci il müharibəsinin səbəblərini aydınlaşdırmaq üçün prokurorluğa, Konstitusiya Məhkəməsinə müraciət edəcək və ya parlament komissiyası yaradacaq.
Xatırladaq ki, 2008-ci ilin avqust ayında Gürcüstan qoşunları Sxinvalini nəzarətə götürməyə cəhd etdikdən sonra Gürcüstan-Cənubi Osetiya silahlı qarşıdurması baş verib. Avqustun 8-də Rusiya öz vətəndaşlarını, eləcə də bölgədəki sülhməramlılarını qorumaq üçün ora qoşun yeridib, nəticədə Gürcüstan qoşunları geri çəkilib. 26 avqust 2008-ci ildə Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıyıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Kobaxidze: Gürcüstan-Azərbaycan münasibətlərində heç bir gərginlik yoxdur
-
Lombardlara gipsdən hazırlanmış "iPhone" verən şəxs saxlanılıb - (Foto)
-
Gürcüstanda Azərbaycan vətəndaşı itkin düşüb
-
680 tonluq böyük siyasət: işğal altındakı Abxaziyanı kim yanacaqla təmin edir?
-
Tbilisi su altında qaldı
-
12 yaşlı azərbaycanlı qəzada öldü
XƏBƏR LENTİ
-
Qızıl almaq istəyənlərin nəzərinə
-
XİN-dən vurulan gəmi ilə bağlı açıqlama
-
Qaxda "prava"sız sürücü qəza törətdi: 1 ölü, 4 yaralı var - (Video)
-
14 yaşlı qızın görüntülərini yayan şəxslə bağlı qərar verildi
-
"Con Duran "Gəl, məşqə gedək" deyəndə, "Yox, onsuz da varlıyam" deyirdi"
-
Əli Əsədov yeni qərar imzaladı
-
Mühafizə olunan duracaqlarla bağlı qayda dəyişdi
-
DYP-dən avtomobil sahiblərinə çağırış - Buna diqqət edin
-
Ağcabədidə pendir sexinin fəaliyyəti dayandırıldı
-
Azərbaycan nefti bahalaşdı
-
Bakıda restoranda yanğın olub
-
Kriştianu Ronaldu dəyişib belə oldu - (Foto)
-
Qızılca sürətlə yayılır: Nyu-Yorkda fövqəladə vəziyyət
-
“Uzak Şehir”in aktrisasını "Türkiyənin Cenifer Lopezi" adlandırdılar - (Video)
-
Dünya bazarında neft bahalaşdı
-
Bakıda ev və torpaqlar bahalaşdı - Ən çox qiymət hansı rayonda artıb?
-
Paytaxtın 19 küçəsində tıxac var
-
Millətlər Liqası: Fransa Belçikanı darmadağın etdi, Türkiyə yenə məğlub oldu
-
Əl yumaq üçün hansı sabun daha yaxşıdır?
-
Bu cihaz onlarla soyuducu qədər elektrik "yeyir"
-
Qabıqlı qozun kiflənmə və acılaşmasının qarşısını alan 4 addım
-
Günün hadisələri yuxularda necə əks olunur - Araşdırma
-
Ben Afflekdən Şakira ilə sevgili olma iddialarına reaksiya
-
Dünyanın ən bahalı milli komanda məşqçiləri nə qədər qazanırlar?





