Bu gün Gürcüstanın paytaxtı Tiflisdə parlament binası önündə "Xarici agentlər haqqında" qanuna etiraz edənlər Rusiya bayrağını yandırıblar.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, qalmaqallı qanuna etiraz edən nümayişçilər Rustaveli prospektini bağlayıblar.
Etirazçılar Rusiya bayrağını, həmçinin hakim Gürcü arzusu - Demokratik Gürcüstan Partiyasının loqosu olan bayrağı yandırıblar.
Qeyd edək ki, mayın 14-də Gürcüstan parlamenti "Xarici təsirin şəffaflığı haqqında" qanunu üçüncü oxunuşda qəbul edib və bu qanun AB-nin ölkənin Avropa Birliyinə inteqrasiyasını dayandırmaq təhlükəsi ilə bağlı sərt bəyanatlarına səbəb olub. Gürcüstan Prezidenti Salome Zurabişvili qanuna veto qoyduğunu bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun