Gürcüstan

Tbilisidəki polislər gündəm oldu - FOTO

1 May 2024 18:44
Baxış: 1 325
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məlum olduğu kimi, dünən axşam Tbilisidə Gürcüstan parlamentinin binası yaxınlığında "Xarici təsirin şəffaflığı haqqında" qanuna qarşı növbəti etiraz aksiyası keçirilib. Aksiya zamanı 63 etirazçı saxlanılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, xüsusi təyinatlılar, eləcə də polis qüvvələri nümayişçiləri dağıtmağa çalışıb. 

Polis bu məqsədlə aksiya iştirakçılarına qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.

Ölkə mediasında xüsusi təyinatlı dəstələrin Tbilisidə Azadlıq meydanında parkda uzandıqları anı əks etdirən görüntü yayılıb. 

Sözügedən görüntü "Xüsusi təyinatlı polislər Azadlıq meydanında dincəlir" başlığı ilə paylaşılıb.

Həmin foto sözügedən şəbəkələrdə müzakirələrə səbəb olub.

Qeyd edək ki, günlərdir Tbilisidə polislə vətəndaşlar arasında qarşıdurma yaşanır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.